Rusiya rəsmisi: Makron ikiüzlüdür

Rusiya rəsmisi: Makron ikiüzlüdür

Rusiya Federasiya Şurasının İnformasiya siyasəti və KİV-lə qarşılıqlı əlaqə Komissiyasının rəhbəri Aleksey Puşkov Fransa prezidenti Emmanuel Makronun Parisin Rusiya ilə müharibə vəziyyətində olmaması barədə sözlərini şərh edərək, onu ikiüzlülükdə ittiham edib.

“Birxeber.Az” xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb.

"Makronun demaqogiyası boş və ikiüzlüdür. Ən əsası, məsələnin mahiyyətini dəyişdirmir. Əgər o, hərbçilərini Rusiya ilə döyüşməyə göndərsə, Fransanı Rusiyaya və xalqına qarşı vuruşan ölkəyə çevirəcək", - Aleksey Puşkov yazıb.

Eyni zamanda Puşkov Çin mənbələrinə görə, Fransa qoşunlarının artıq Ukraynaya göndərildiyini vurğulayıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa Prezidentinin ölkəsinin Rusiya ilə müharibə vəziyyətinin olmadığını elan etməsi barədə fikirlərinin real vəziyyətlə ziddiyyət təşkil etdiyini vurğulayıb.