Aktau-Bakı marşrutu ilə ilk dəfə “Kaşaqan” neftinin nəqlinə başlanılıb

Aktau-Bakı marşrutu ilə ilk dəfə “Kaşaqan” neftinin nəqlinə başlanılıb

Qazaxıstanın “Kaşaqan” yatağından hasil edilən neftin Xəzər dənizi ilə Aktau-Bakı marşrutu üzrə ilk dəfə nəqlinə başlanılıb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb.

Yeni marşrutla neftin daşınması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin Dəniz Nəqliyyatı Donanmasına məxsus “Akademik Xoşbəxt Yusifzadə” tankeri ilə həyata keçirilib.

İlk partiyada tankerin anbarlarına ümumilikdə 6 900 ton xam neft yüklənib. Qazaxıstanın Aktau limanından yola düşən tanker nefti Azərbaycanın “Səngəçal” terminalına çatdıracaq.

Martın əvvəlində bildirilmişdi ki, Qazaxıstanın “KazTransOil” şirkəti bu ay “Kaşaqan” yatağından hasil edilən 7 min ton nefti Azərbaycan ərazisindən tranzitlə tədarük edəcək.

“Kaşaqan” yatağının neftinin daşınması ilə Yaponiyanın “INPEX North Caspian Sea” şirkəti məşğul olur. Bu şirkət Azərbaycanda “Azəri-Çıraq-Günəşli”də və əsas ixrac neft kəməri Bakı-Tbilisi-Ceyhanda paylara malikdir.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istismara qəbul edilən “Akademik Xoşbəxt Yusifzadə” tankerinin ümumi yükgötürmə qabiliyyəti 7 800 tondur. Bu tankerlə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür.

Energetika Energetika
Uqanda tarixdə ilk dəfə neft hasilatına başlayır

Uqanda tarixdə ilk dəfə neft hasilatına başlayır

Energetika Energetika
Neftin qiyməti 1 % düşüb

Neftin qiyməti 1 % düşüb

Energetika Energetika
“Azəriqaz”: “Talış kəndinin qazlaşdırılması zamanı 75-dən çox mina aşkarlanıb”

“Azəriqaz”: “Talış kəndinin qazlaşdırılması zamanı 75-dən çox mina aşkarlanıb”

Energetika Energetika
Avropada təbii qaz 2,7 % bahalaşıb

Avropada təbii qaz 2,7 % bahalaşıb

Energetika Energetika
Prezident İlham Əliyev Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışını edib

Prezident İlham Əliyev Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışını edib

Energetika Energetika
Almaniya və BƏƏ təbii qazın tədarükünə dair müqavilə imzalayıb

Almaniya və BƏƏ təbii qazın tədarükünə dair müqavilə imzalayıb

Energetika Energetika
Aİ-nin yeddi ölkəsi yeraltı qaz anbarlarını 80 %-dən çox doldurub

Aİ-nin yeddi ölkəsi yeraltı qaz anbarlarını 80 %-dən çox doldurub

Energetika Energetika
Beynəlxalq investorlar "Yaşıl hidrogen"lə bağlı Azərbaycana təkliflər verib

Beynəlxalq investorlar "Yaşıl hidrogen"lə bağlı Azərbaycana təkliflər verib

Energetika Energetika
Azərbaycan Prezidenti: "Bu yaxınlarda Avropaya yaşıl enerji ixrac etməyə başlayacağıq"

Azərbaycan Prezidenti: "Bu yaxınlarda Avropaya yaşıl enerji ixrac etməyə başlayacağıq"

Energetika Energetika
“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası daha 1 şəhər və 3 rayonda keçiriləcək

“Azəriqaz”ın “Açıq mikrofon” aksiyası daha 1 şəhər və 3 rayonda keçiriləcək

Energetika Energetika
Neft 3 faizdən çox ucuzlaşıb

Neft 3 faizdən çox ucuzlaşıb

Energetika Energetika
Pərviz Şahbazov: "Azərbaycanda elektrik enerjisi istehsalı 6,5 % artıb"

Pərviz Şahbazov: "Azərbaycanda elektrik enerjisi istehsalı 6,5 % artıb"