ABŞ Albaniyanın Aİ-yə üzv olması üçün 12 milyon dollar yardım ayıracaq

ABŞ Albaniyanın Aİ-yə üzv olması üçün 12 milyon dollar yardım ayıracaq

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Albaniyanın Avropa İttifaqına (Aİ) üzvlüyünü sürətləndirmək üçün yeni proqrama start verdiyini elan edib.

Bu barədə “Birxeber.Az” xarici KİV-lərə istinadən xəbər verir.

Bildirilib ki, bu proqramla xüsusilə, Albaniya iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması və islahatların təşviqi nəzərdə tutulur. Bununla Albaniyaya 12 milyon dollar maliyyə vəsaiti ayrılacaq.