Xaçmazda avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Birxeber”un Şimal bürosunun məlumatına görə, hadisə axşam saatlarında Nağıoba kəndindən qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində Xaçmaz rayon sakinləri, 2004-cü il təvəllüdlü Laçınov Seyfulla Tərlan oğlu və Tarıverdiyev Davud İlham oğlu xəsarət alıblar.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.