Ayxan Hacızadə: "Ermənistan Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına cavab verməlidir"

Ayxan Hacızadə: "Ermənistan Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına cavab verməlidir"

"Ermənistan Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına cavab verməlidir".

“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Ermənistan XİN-in martın 18-də Azərbaycan əleyhinə yaydığı bəyanata cavab olaraq bildirib.

A.Hacızadə vurğulayıb ki, Ermənistan XİN-in bu ölkənin monoetnik dövlət olmamasını beynəlxalq ictimaiyyəti inandırmaq cəhdlərini Ermənistanın əslində monoetnikliyin çoxmillətli Qafqaz bölgəsində anomaliya olduğunu anlamaq istiqamətində ilk addımları kimi qiymətləndirmək olar: “Azərbaycanın çoxmillətli dövlət kimi uğurları əleyhinə Ermənistanın iddiaları ilə bağlı qeyd edək ki, Azərbaycan ərazisində bir çox etnik xalqların vəhdət və sabitlik şəraitində yaşadığı, dövlətin uğuruna güc qatdığı, Milli Məclis üzvlüyü daxil olmaqla bir sıra yüksək vəzifələr tutduqları yaxşı məlumdur. Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan Respublikasının vətəndaşlığı hüquqla yanaşı bir öhdəlikdir. Bunları qəbul edən erməni sakinlərin Azərbaycanda yaşaması üçün lazımi şərait yaradılacaq. Ermənistan tərəfi Azərbaycan ərazisində etnik azlıqları öz uğursuz məkrli siyasətində istifadə etmək niyyətindən əl çəkməli, indiki Ermənistan ərazisində öz doğma torpaqlarından zorla qovulmuş yüz minlərlə Qərbi Azərbaycan İcmasının hüquqlarını tapdalamaq və onlarla dialoqun hər vəchlə qarşısını almaq əvəzinə, bu icmanın sülh yolu ilə ləyaqətli və təhlükəsizlik şəraitində geri qayıdış məqsədli Ermənistanla dialoq çağırışlarına cavab verməlidir".

"Beləliklə, Ermənistanın “etnik uyğunsuzluq” konsepsiyasından və “etnik təmizləmə əsasında monoetnik dövlət titulu”ndan əl çəkib dinc birgəyaşayışı, multikulturalizmi seçdiyinin praktiki göstəricisi məhz Qərbi Azərbaycan İcmasının üzvlərinin öz tarixi torpaqlarına qayıtmasına şərait yaratmaqdan keçə bilər”, - XİN rəsmisi qeyd edib.

Xarici siyasət Xarici siyasət
İlham Əliyev Səudiyyə Ərəbistanının Baş prokurorunu qəbul edib - YENİLƏNİB

İlham Əliyev Səudiyyə Ərəbistanının Baş prokurorunu qəbul edib - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Yaşar Əliyevin itkin düşmüş şəxslərlə bağlı Quterreşə ünvanladığı məktub BMT sənədi kimi yayılıb

Yaşar Əliyevin itkin düşmüş şəxslərlə bağlı Quterreşə ünvanladığı məktub BMT sənədi kimi yayılıb

Xarici siyasət Xarici siyasət
Türkiyədə zəlzələ bölgəsində 25 azərbaycanlının axtarışları aparılır

Türkiyədə zəlzələ bölgəsində 25 azərbaycanlının axtarışları aparılır

Xarici siyasət Xarici siyasət
Türkiyə XİN başçısı: "Azərbaycanlı qardaşlarımız bir millət olduğumuzu hər zaman göstərirlər"

Türkiyə XİN başçısı: "Azərbaycanlı qardaşlarımız bir millət olduğumuzu hər zaman göstərirlər"

Xarici siyasət Xarici siyasət
Prezident Bolqarıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Prezident Bolqarıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Azərbaycan Ermənistana qarşı təbii sərvətlərin qanunsuz istismarına dair yeni hüquqi məsuliyyət tədbirləri planlaşdırır

Azərbaycan Ermənistana qarşı təbii sərvətlərin qanunsuz istismarına dair yeni hüquqi məsuliyyət tədbirləri planlaşdırır

Xarici siyasət Xarici siyasət
Türkiyənin vitse-prezidenti Azərbaycan hökumətinə təşəkkür məktubu ünvanlayıb

Türkiyənin vitse-prezidenti Azərbaycan hökumətinə təşəkkür məktubu ünvanlayıb

Xarici siyasət Xarici siyasət
Türkmənistan XİN Azərbaycan səfirliyinə hücumu pisləyib

Türkmənistan XİN Azərbaycan səfirliyinə hücumu pisləyib

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Anqola XİN başçıları ikitərəfli əlaqələri müzakirə edib

Azərbaycan və Anqola XİN başçıları ikitərəfli əlaqələri müzakirə edib

Xarici siyasət Xarici siyasət
ABŞ Prezidenti: "Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə dəstəyimizi bir daha təsdiqləyirik"

ABŞ Prezidenti: "Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə dəstəyimizi bir daha təsdiqləyirik"

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Almaniya prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Almaniya prezidentləri arasında telefon danışığı olub

Xarici siyasət Xarici siyasət
"Ermənistan Soçi fiaskosundan yaxşı dərs çıxarmalı, yeni reallığı qəbul etməlidir" - RƏY

"Ermənistan Soçi fiaskosundan yaxşı dərs çıxarmalı, yeni reallığı qəbul etməlidir" - RƏY