Bakıda 50 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
İsveç yığmasının heyətində dəyişiklik edilib
AVRO-2024-ün seçmə mərhələsində ilk iki oyununu Belçika və Azərbaycan millilərinə qarşı keçirəcək İsveç yığmasının heyətində dəyişiklik edilib.
“Birxeber.Az”un yerli futbol assosiasiyasına istinadən məlumatına görə, müdafiəçi Joel Andersson iştirak ərizəsindən çıxarılıb.
Buna səbəb Danimarkanın “Midtyullann” klubunun futbolçusunun ölkə çempionatının XXI turunda “Lyunqbyu” (1:3) ilə görüşdə zədələnməsi olub. Baş məşqçi Yanne Andersson onun əvəzinə Polşanın “Poqon” klubunda çıxış edən Linus Valkvistə dəvət göndərib.
Qeyd edək ki, İsveç yığması martın 24-də Belçika, üç gün sonra isə Azərbaycan millisini Solnada qəbul edəcək.