Ayxan Hacızadə: "Mina partlayışlarının 55%-dən çoxu Ermənistanın verdiyi xəritələrdən kənar ərazilərdə olub"

Ayxan Hacızadə: "Mina partlayışlarının 55%-dən çoxu Ermənistanın verdiyi xəritələrdən kənar ərazilərdə olub"

"Azərbaycan ərazisində qeydə alınan mina partlayışlarının 55%-dən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə olub".

“Birxeber.Az” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Ermənistan XİN-in martın 18-də Azərbaycan əleyhinə yaydığı bəyanata cavab olaraq bildirib.

"Ermənistan XİN-in Üçtərəfli bəyanatın icrası ilə bağlı yalan və saxta dolu iddialarına gəldikdə xatırlatmaq istərdik ki, bəyanatın xüsusilə 4-cü, 6-cı və 9-cu bəndlərini yerinə yetirməkdən boyun qaçıran və ümumiyyətlə heç zaman beynəlxalq razılıqlara əməl etməyən Ermənistan tərəfi məhz Üçtərəfli bəyanatın imzalanmasından iki həftə sonra hərbçilərini qanunsuz olaraq Azərbaycan ərazisinə keçirib və Azərbaycana qarşı hərbi təxribat törədib. Bu saxlanılan şəxslərin Ermənistan tərəfindən hərbi əsir kimi təqdim etməyə çalışılmasına baxmayaraq, bu şəxslər hərbi əsir kimi tanınmamış və Beynəlxalq Ədalət Məhkəməsi, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsi bu iddianı və onların azad olunması tələbini rədd etmişdi. Ermənistan tərəfi bununla yanaşı, Ermənistan qüvvələrinin Ağdam, Kəlbəcər və Laçından çıxarılmasına Azərbaycan tərəfindən xoş məram göstərilərək möhlət verilməsinə baxmayaraq, Üçtərəfli bəyanata zidd olaraq çıxdığı ərazilərdə bir çox evləri yandırmış, meşələri qırmış, bu ərazilərdə mina və mina tələlər yerləşdirmişdi. Ermənistan tərəfi hələ də Üçtərəfli bəyanata zidd olaraq, öz silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb, Üçtərəfli bəyanat imzalanarkən verdiyi vədə baxmayaraq, Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndi daxil olmaqla, bir sıra yaşayış məntəqələri və əraziləri işğal altında saxlamaqda davam edir. Delimitasiya prosesinin Sovet xəritələri əsasında təşkilini təklif edən Ermənistanın bu kəndləri Azərbaycan yaşayış məntəqələri kimi qəbul etməməsi isə digər bir pozuntu və Ermənistanın niyyətinin saxta olduğunun göstəricisidir. Ermənistan bununla yanaşı, Azərbaycan ərazilərinə yeni istehsal edilmiş minalar ötürməklə Azərbaycan ərazilərində minalanma və digər terror fəaliyyəti həyata keçirir. Ermənistanın ilk əvvəl 8 ay ərzində mina xəritələrinin mövcudluğunu inkar etməsinə baxmayaraq, sonradan beynəlxalq təzyiqlər nəticəsində bəzi yararsız mina xəritələri təqdim etdiyi məlumdur. Azərbaycan ərazisində baş verən mina partlayışlarının 55%-dən çoxunun Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verdiyi də bəllidir. Ermənistanın məhz bu kimi təxribatları nəticəsində 2020-ci il Vətən müharibəsindən sonra 286 nəfər mina qurbanı olub, onlardan 3 nəfər jurnalist daxil 49 nəfər həlak olub", - XİN rəsmisi vurğulayıb.

Xarici siyasət Xarici siyasət
Politoloq: “Fransa hakimiyyəti korsikalılara öz dillərində danışmağa qadağa qoymaqla rəzil duruma düşüb”

Politoloq: “Fransa hakimiyyəti korsikalılara öz dillərində danışmağa qadağa qoymaqla rəzil duruma düşüb”

Xarici siyasət Xarici siyasət
Mehriban Əliyeva Budapeştdə Macarıstanın Baş nazirinin xanımı ilə görüşüb

Mehriban Əliyeva Budapeştdə Macarıstanın Baş nazirinin xanımı ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Vyanada “Xocalıya ədalət” mitinqi keçiriləcək

Vyanada “Xocalıya ədalət” mitinqi keçiriləcək

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov Kahramanmaraşda AFAD-ın Koordinasiya Mərkəzində olub

Ceyhun Bayramov Kahramanmaraşda AFAD-ın Koordinasiya Mərkəzində olub

Xarici siyasət Xarici siyasət
Türkiyə Prezidenti Kahramanmaraşda Azərbaycan axtarış-xilasetmə qrupunun rəhbəri ilə görüşüb

Türkiyə Prezidenti Kahramanmaraşda Azərbaycan axtarış-xilasetmə qrupunun rəhbəri ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Xarici siyasət Xarici siyasət
İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Astanada MDB dövlət başçılarının şərəfinə qeyri-rəsmi nahar təşkil olunub

Astanada MDB dövlət başçılarının şərəfinə qeyri-rəsmi nahar təşkil olunub

Xarici siyasət Xarici siyasət
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

Xarici siyasət Xarici siyasət
Kreml: "Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkilinə yardım göstərməyə hazırıq"

Kreml: "Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkilinə yardım göstərməyə hazırıq"

Xarici siyasət Xarici siyasət
Gürcüstanın Baş naziri İlham Əliyevi təbrik edib

Gürcüstanın Baş naziri İlham Əliyevi təbrik edib

Xarici siyasət Xarici siyasət
BMT BA-nın 77-ci sessiyasının sədri Azərbaycana rəsmi səfərə gedib

BMT BA-nın 77-ci sessiyasının sədri Azərbaycana rəsmi səfərə gedib