"Prezidentin Qarabağa səfərləri qondarma "miatsum"a ağır psixoloji zərbə vurur" - RƏY

"Prezidentin Qarabağa səfərləri qondarma "miatsum"a ağır psixoloji zərbə vurur" - RƏY

"Prezident İlham Əliyevin Qarabağa hər gedişi, xüsusən də Azərbaycan xalqı üçün əlamətdar günlərdə bu qədim yurdumuza səfərləri erməni separatizminə psixoloji baxımdan ağır zərbə vurur, ermənilərin düşdükləri çıxılmaz durumu daha da ağırlaşdırır".

Bunu "Birxeber.Az"a açıqlamasında Azərbaycan Psixologiya Akademiyasının direktoru, psixologiya üzrə fəlsəfə doktoru Müşviq Mustafayev deyib.

O qeyd edib ki, ermənilər artıq qondarma "miatsum"un (Qarabağın Ermənistana birləşdirilməsini və bununla da "vahid" Ermənistan dövlətinin yaradılmasını nəzərdə tutan qondarma ideologiya) heç bir perspektivinin qalmadığını anlayırlar.

Tanınmış psixoloq söyləyib ki, Prezident İlham Əliyev həyata keçirdiyi siyasətlə erməni xalqını "miatsum" bəlasından xilas edir, bu qondarma ideologiyanı onların beynindən silir.

Müşviq Mustafayev
Müşviq Mustafayev

Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın işğal altında saxlanması ilə nəticələnən prosesin "miatsum"la başladığını xatırladan akademiya rəhbəri vurğulayıb ki, ermənilər özləri də bu əsassız "ideologiya"nın əsirinə çevriliblər: "Bir qrup separatçı şəxsi maraq və mənafelərini təmin etmək, hakimiyyətə gəlib var-dövlət toplamaq üçün vaxtilə Qarabağda separatçı hərəkat başlatmışdılar. Amma bunu ümumerməni hərəkatı kimi təqdim edirdilər. Çünki erməniləri bu prosesə qoşmaq başqa cür mümkün deyildi. Ona görə də erməni separatçıları qondarma "miatsum"u ortaya atdılar və bunun arxasında gizləndilər. Erməni xalqı da sadəlövhcəsinə buna inanır və dəstək verirdi. İlk illərdə Azərbaycan torpaqlarının işğalı "miatsum"u ermənilərin beyninə həkk edir və onların bu qondarma ideologiyaya inamını artırırdı. Lakin bir müddət keçəndən sonra erməni xalqı gördü ki, bu proses onların özlərinə də ciddi ziyan vurur və yalnız bir qrup separatçının varlanmasına xidmət edir. Ona görə də getdikcə "miatsum"dan uzaqlaşmağa başladılar".

Tanınmış psixoloqun fikrincə, "miatsum"a ən öldürücü zərbəni Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı böyük zəfər vurub. Döyüşlər bitəndən sonra Azərbaycanın Qarabağda həyata keçirdiyi layihələr, görülən işlər isə "miatsum"un bir daha baş qaldırmaq perspektivlərinin üzərindən xətt çəkib: "Erməni xalqını inandırmışdılar ki, "miatsum" onları xoşbəxt edəcək. Amma əksi baş verdi. Azərbaycan torpaqlarının işğalı erməni cəmiyyətinə aclıq, yoxsulluq, səfalət gətirdi və bundan sonra ermənilər "miatsum"a şübhə ilə yanaşmağa başladılar. Bir müddət keçəndən sonra isə bu qondarma ideologiyanın zərərlərini başa düşdülər və ondan uzaqlaşmağa başladılar. Hətta "miatsum"un əsas ideoloqları və alovlu tərəfdarları da əvvəlki mövqelərini dəyişmişdilər. Bəzi tanınmış ermənilər isə bu qondarma ideologiyanı açıq-aşkar tənqid edirdilər. Nəhayət, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi və "miatsum" əfsanəsi darmadağın oldu".

O vurğulayıb ki, ümumiyyətlə, 44 günlük Vətən müharibəsi xalqımızın milli identiklik hissinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir: "Birinci Qarabağ müharibəsindəki ağır nəticələr xalqımızda bir tərəfdən psixoloji sarsıntılar yaratsa da, digər tərəfdən onun kollektiv yaddaşının oyanmasına, milli kimlik hissinin güclənməsinə səbəb oldu. Cənab Prezident və onun apardığı siyasət burada birləşdirici rol oynadı. Əgər cənab Prezidentin psixoloji portretini çəksək, görərik ki, müharibə dövründə onun apardığı siyasət, bədən dili, verdiyi müsahibələr xalqımızda qələbəyə inam hissi formalaşdırmaqla yanaşı, ermənilərdə ümidsizlik və fobiyanın yaranmasına səbəb oldu, indiyədək inandıqları ideyaların illüziyadan başqa bir şey olmadığını üzə çıxardı, ermənilərdə narkomanlıq kompleksini gücləndirdi. Bu baxımdan məhz cənab Prezidentin apardığı siyasətin nəticəsində xalqımızın Birinci Qarabağ müharibəsi nəticəsində aldığı psixoloji travmalar aradan qaldırıldı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə formalaşan nəsildə qalib psixologiyası formalaşdırıldı".

M.Mustafayev bildirib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Novruz bayramı ərəfəsində Tərtər rayonunun işğaldan azad olunan Talış kəndinə səfəri ermənilərə və bütün dünyaya mesajdır: "Xalqımız üçün əlamətdar günlərə təsadüf edən belə səfərlər hamıya onu göstərir ki, o yerlər bizim üçün müqəddəsdir və həmişə də belə olacaq. Prezident və birinci xanımın səfəri həm də ermənilərə birbaşa mesajdır, separatizm həvəsi ilə yaşayanlara ağır zərbədir, qondarma "miatsum"un üzərindən növbəti dəfə xətt çəkməkdir və bu, qondarma, zərərli ideologiyanı ermənilərin beynindən silir. Ermənilər anlayırlar ki, bir daha separatizm həvəsinə düşməyin mənası yoxdur. Çünki Azərbaycanın qüdrətli lideri və güclü ordusu var. Ona görə də qondarma "miatsum"dan getdikcə daha da uzaqlaşmaqdan başqa yolları yoxdur. "Miatsum" ideyasının iflası isə ermənilərdə kütləvi şəkildə psixozun yaranmasına səbəb olub".

Daxili siyasət Daxili siyasət
Duzdağ Radio-Televiziya Ötürücü Stansiyası yeni texniki binaya köçürülür

Duzdağ Radio-Televiziya Ötürücü Stansiyası yeni texniki binaya köçürülür

Daxili siyasət Daxili siyasət
"Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir" - RƏY

"Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin gərgin zəhmətinin, qətiyyətli siyasətinin bəhrəsidir" - RƏY

Daxili siyasət Daxili siyasət
Prezident: "Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanı bir daha bəlli oldu"

Prezident: "Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanı bir daha bəlli oldu"

Daxili siyasət Daxili siyasət
Əli Məsimli “Şöhrət” ordeni ilə təltif edilib

Əli Məsimli “Şöhrət” ordeni ilə təltif edilib

Daxili siyasət Daxili siyasət
“Xalqımızın qürur və qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib

“Xalqımızın qürur və qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib

Daxili siyasət Daxili siyasət
Baş prokuror Yunanıstanda işgüzar səfərdə olub

Baş prokuror Yunanıstanda işgüzar səfərdə olub

Daxili siyasət Daxili siyasət
"Cənubi Qafqazda Ermənistan adlı bir dövlət heç bir zaman olmayıb" - RƏY

"Cənubi Qafqazda Ermənistan adlı bir dövlət heç bir zaman olmayıb" - RƏY

Daxili siyasət Daxili siyasət
Səməd Seyidov: “Azərbaycan sülhü nəinki region, həm də dünya üçün təmin etməyə çalışır”

Səməd Seyidov: “Azərbaycan sülhü nəinki region, həm də dünya üçün təmin etməyə çalışır”

Daxili siyasət Daxili siyasət
Babək rayon sakinlərinin müraciətləri dinlənilib

Babək rayon sakinlərinin müraciətləri dinlənilib

Daxili siyasət Daxili siyasət
Naxçıvan MR Prokurorluğunda toplantı keçirilib, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi tapşırılıb

Naxçıvan MR Prokurorluğunda toplantı keçirilib, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi tapşırılıb

Daxili siyasət Daxili siyasət
Saatlı, Sabirabad, İmişli və Biləsuvarda 20 Yanvar faciəsi anılıb

Saatlı, Sabirabad, İmişli və Biləsuvarda 20 Yanvar faciəsi anılıb

Daxili siyasət Daxili siyasət
Naxçıvan Penitensiar Xidmətin işçilərinin aylıq vəzifə maaşlarının məbləğləri təsdiq edilib

Naxçıvan Penitensiar Xidmətin işçilərinin aylıq vəzifə maaşlarının məbləğləri təsdiq edilib