Talış kəndinin yenilənən infrastrukturu - FOTOREPORTAJ

Talış kəndinin yenilənən infrastrukturu - FOTOREPORTAJ

Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə əhalinin köçürülməsi üçün həyata keçirilmiş bərpa və yenidənqurma işlərinin miqyası buraya yenidən həyatın qayıtmasının bariz nişanəsidir.

“Birxeber.Az”un Qarabağ bürosunun Talış kəndinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, kənddə 10 ədəd qeyri-yaşayış obyekti bərpa olunaraq yenidən qurulub.

Kəndin 78 nəfərlik 3 mərtəbəli məktəb binası müasir tələblər səviyyəsində əsaslı təmir edilib. Dam örtüyü tamamilə sökülərək yenilənib. Binanın zirzəmi mərtəbəsi texniki mərtəbə kimi nəzərdə tutulub. 1-ci və 2-ci mərtəbədə sinif otaqları, tibb otağı, müəllimlər otağı və s. nəzərdə tutulub. 3-cü mərtəbədə (mansard mərtəbəsi) akt zalı və kitabxana yerləşir. Binanın daxili hissəsi lazımi bütün texniki xidmət avadanlıqları ilə təchiz edilib. Məktəbin həyətyanı ərazisində süni ot örtüklü futbol meydançası və idman avadanlıqları ilə təchiz edilmiş idman meydançası qurulub.

Uşaq bağçasının binası da əsaslı təmir edilib. Həyətyanı ərazidə uşaqlar üçün rezin örtüklü oyun meydançası və 2 ədəd metal konstruksiyalı söhbətgah inşa edilib.

Klub İcma Mərkəzi də əsaslı təmir edilib, binanın daxili hissəsi lazımi bütün texniki xidmət avadanlıqları ilə təchiz edilib, həyətyanı ərazidə abadlaşdırma işləri həyata keçirilmişdir.

Kənddə fəaliyyət göstərən mağaza və aptek binasında da bütün kommunikasiya sistemləri yenidən qurulub və bina yanğın siqnalizasiya, rabitə, videomüşahidə sistemləri ilə təchiz edilib. Mağaza 2 hissədən – ərzaq mallarının satışı və aptek bölmələrindən ibarətdir.

Talış kəndinin qazanxana binası əsaslı təmir edilib, bütün avadanlıqlar yeniləri ilə əvəz edilib. Belə ki, 2 ədəd hər birinin gücü 350000 kkal/saat olan isitmə qazanları və digər bütün lazımi texniki avadanlıqlar quraşdırılıb. Qazanxana vasitəsilə məktəb binası, uşaq bağçası və inzibati binanın istiliyi təmin edilir.

QARABAĞ QARABAĞ
Laçından Xankəndi istiqamətinə sülhməramlıların daha bir avtomobili maneəsiz hərəkət edib

Laçından Xankəndi istiqamətinə sülhməramlıların daha bir avtomobili maneəsiz hərəkət edib

QARABAĞ QARABAĞ
Qarabağda qanunsuz erməni dəstələrinin döyüş mövqeyində güclü yanğın baş verib

Qarabağda qanunsuz erməni dəstələrinin döyüş mövqeyində güclü yanğın baş verib

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların 63 avtomobili maneəsiz keçib - YENİLƏNİB-12

Xankəndi-Laçın yolunda sülhməramlıların 63 avtomobili maneəsiz keçib - YENİLƏNİB-12

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolundan bu gün keçən sülhməramlılara məxsus avtomobillərin sayı 15-ə çatıb - YENİLƏNİB-4

Xankəndi-Laçın yolundan bu gün keçən sülhməramlılara məxsus avtomobillərin sayı 15-ə çatıb - YENİLƏNİB-4

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda 35 avtomobilin hərəkətinə şərait yaradılıb - YENİLƏNİB-8

Bu gün Xankəndi-Laçın yolunda 35 avtomobilin hərəkətinə şərait yaradılıb - YENİLƏNİB-8

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda aksiya 72 gecədir davam edir, etirazçıların əhval-ruhiyyəsi yüksəkdir

Xankəndi-Laçın yolunda aksiya 72 gecədir davam edir, etirazçıların əhval-ruhiyyəsi yüksəkdir

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolundakı aksiyada canlanma müşahidə olunur: etirazçıların əhval-ruhiyyəsi yüksəkdir

Xankəndi-Laçın yolundakı aksiyada canlanma müşahidə olunur: etirazçıların əhval-ruhiyyəsi yüksəkdir

QARABAĞ QARABAĞ
İlham Əliyev: "Bu gün biz azad edilmiş bütün torpaqlarda qurub-yaradırıq"

İlham Əliyev: "Bu gün biz azad edilmiş bütün torpaqlarda qurub-yaradırıq"

QARABAĞ QARABAĞ
Sülhməramlılar aksiya keçirilən ərazidə quraşdırdıqları çadırları söküblər, konteynerləri götürüblər - VİDEO - YENİLƏNİB

Sülhməramlılar aksiya keçirilən ərazidə quraşdırdıqları çadırları söküblər, konteynerləri götürüblər - VİDEO - YENİLƏNİB

QARABAĞ QARABAĞ
Bu ilin mayında Azərbaycanda mina probleminə həsr olunmuş konfrans keçiriləcək

Bu ilin mayında Azərbaycanda mina probleminə həsr olunmuş konfrans keçiriləcək

QARABAĞ QARABAĞ
Fransızsayağı hiyləgərlik: Qondarma qurumun qondarma parlament rəhbəri Parisə səfər etdi - VİDEO

Fransızsayağı hiyləgərlik: Qondarma qurumun qondarma parlament rəhbəri Parisə səfər etdi - VİDEO

QARABAĞ QARABAĞ
Dekabrın 12-dən Laçın-Xankəndi yolundan 980-ə yaxın nəqliyyat vasitəsinin keçidi təmin olunub

Dekabrın 12-dən Laçın-Xankəndi yolundan 980-ə yaxın nəqliyyat vasitəsinin keçidi təmin olunub