De Byazinin siyahısında sual doğuran məqamlar: Klubunda şans qazanmayanların millidə nə işi var? - TƏHLİL

De Byazinin siyahısında sual doğuran məqamlar: Klubunda şans qazanmayanların millidə nə işi var? - TƏHLİL

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya və İsveçlə keçirəcəyi oyunlar üçün açıqlanan heyəti futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

“Birxeber.Az”un məlumatına görə, baş məşqçi Canni De Byazinin 27 nəfərlik siyahısı yığmaya çağırılması gözlənilən bəzi oyunçuların kənarda qalması ilə diqqət çəkib.

Premyer Liqada mövsümün üçüncü dövrəsini əhatə edən 2023-cü ildə baş tutan oyunlara əsasən, bəzi futbolçulara haqsızlıq edildiyi qənaətinə gəlmək olar. Eyni zamanda, siyahıda sürpriz adlar da az deyil. Bir sözlə, martın 24-də Avstriya, 27-də isə İsveçlə səfər görüşünə yollanacaq heyətdə kifayət qədər qəribəliklər mövcuddur:

Məsələn, italiyalı mütəxəssisin Tellur Mütəllimov, Rüstəm Əhmədzadə, Namik Ələskərov, Toral Bayramov, Ceyhun Nuriyev və Filip Ozobiçi hansı əsasla milliyə çağırdığı ilə bağlı izahı maraqlı olar. Axı adıçəkilən futbolçuların bu il klublarındakı varlıqları ilə yoxluqları bilinmir. Kiminsə vaxtilə heyətdə yer alması ona daim “yaşıl işıq” yandırmaq məcburiyyəti yaratmamalıdır. De Byazi başa düşməlidir ki, yığma komanda adından da göründüyü kimi, seçilənlərin yeridir. Bura adından, nüfuzundan asılı olmayaraq, hazır olanlar gəlməlidirlər. Milli futbolçunun forma yığması üçün nəzərdə tutulan yer deyil. De Byazi klublara yox, klublardakı həmkarları italiyalıya futbolçu hazırlamalıdır.

Ancaq görünən odur ki, “Neftçi”də zədədən yeni qayıdan Eddi İsrafilov, əsas heyətə düşməkdə çətinlik çəkən Azər Salahlı fiziki formalarını yaxşılaşdırmaq prosesini A millidə keçəcəklər. Bundan başqa, bir aya yaxındır futbol oynamayan Bəxtiyar Həsənalızadənin çağırılmasını da anlamaq çətindir.

Bəlkə də, De Byazi yuxarıda adları sadalanan oyunçulardan beynəlxalq təcrübələrinə görə əl çəkə bilməyib. Bu düşüncə isə yaxşı formada olan bir çoxlarının yolunu bağlayıb.

Yusif Nəbiyev, Fərid Nəbiyev (hər ikisi “Kəpəz”), Murad Musayev (“Qəbələ”), Şəhriyar Əliyev (“Turan Tovuz”), Rəhim Sadıxov, Qismət Alıyev (hər ikisi “Zirə”), Fuad Bayramov, Amil Yunanov (hər ikisi “Şamaxı”) və Amin Seydiyev (“Sabah”) mövsümün üçüncü dövrəsini yığmada olanların çoxundan qat-qat yaxşı keçiriblər. Hətta onların bəzilərinin beynəlxalq təcrübəsi də var.

“Şamaxı”dakı Cəlal Hüseynovdansa Fuad Bayramovun orada yer almağa daha layiq olduğunu görmək üçün heç mütəxəssis olmağa ehtiyac yoxdur. Eləcə də, “Sabah”da əcnəbilərin kölgəsində itib-batan Namik Ələskərovdansa və ya “Zirə”də baş məşqçinin yadına düşəndə meydana buraxdığı Rüstəm Əhmədzadədənsə, aşağı pillələrdəki “Şamaxı”da bu il 4 qol vurmağı bacaran Amil Yunanov ehtiyatdan hücumu gücləndirmək üçün heç də pis variant olmazdı. “Qəbələ”nin heyətində müdafiənin mərkəzində stabil çıxış edən Murad Musayev çağırılan həmkarlarından heç də zəif deyil.

Zədəli Şahruddin Məhəmmədəliyevin yoxluğunda qapıda dayanmağa ən layiqli qolkiper, şübhəsiz ki, Yusif İmanovdur. Gənc və təcrübəsiz ola bilər. Ancaq həm yaxşı formadadır, həm də beynəlxalq arenada şans əldə etməyi haqq etdiyini çıxışı ilə göstərib. Ondan fərqli olaraq, nə Səlahət Ağayev, nə də Emil Balayev indi yığmanı gücləndirəcək durumdadırlar. Qapı xəttindəki rəqabətsizlik baş məşqçini onlara möhtac qoyub. “Zirə”nin qolkiperi Mehdi Cənnətov da bu iki qapıçıdan birinin yerində ola bilərdi.

Legioner həyatı yaşayan elə çox futbolçu yoxdur ki, 4 nəfərin çağırılmasına hansısa irad bildirəsən. Yalnız Almaniyanın “Ertsgebirge” klubunda “ikinci bahar”ını yaşayan Dmitri Nazarovu da nəzərdən keçirmək olardı.

Azərbaycan millisinə çağırılan futbolçuların 2023-cü ildə keçirdikləri oyun və meydanda olduqları dəqiqə sayı aşağıdakı kimidir.

Premyer Liqada oynayanlar:

Yusif İmanov (“Sabah”) – 9 oyun (810 dəqiqə): -5 qol

Səlahət Ağayev (“Qəbələ”) – 9 oyun (810 dəqiqə): -14 qol

Emil Balayev (“Səbail”) – 9 oyun (810 dəqiqə): -16 qol

Cəlal Hüseynov (“Şamaxı”) – 9 oyun (810 dəqiqə)

Emin Mahmudov (“Neftçi”) - 9 oyun (780 dəqiqə): 4 qol

Höccət Haqverdi (“Neftçi”) - 9 oyun (759 dəqiqə): 1 avtoqol

Azər Əliyev (“Neftçi”) - 9 oyun (726 dəqiqə)

Ramil Şeydayev (“Qarabağ”) – 9 oyun (668 dəqiqə): 3 qol

Musa Qurbanlı (“Qarabağ”) – 9 oyun (649 dəqiqə): 8 qol

Azər Salahlı (“Neftçi”) - 9 oyun (488 dəqiqə)

Tellur Mütəllimov (“Sabah”) – 9 oyun (303 dəqiqə)

Aleksey İsayev (“Sabah”) - 8 oyun (687 dəqiqə): 1 qol

Elvin Camalov (“Sabah”) - 8 oyun (664 dəqiqə)

Rüstəm Əhmədzadə (“Zirə”) – 8 oyun (363 dəqiqə)

Elvin Cəfərquliyev (“Qarabağ”) – 7 oyun (591 dəqiqə): 1 qol

Bəxtiyar Həsənalızadə (“Sabah”) - 6 oyun (540 dəqiqə): 1 qol

Bəhlul Mustafazadə (“Qarabağ”) – 6 oyun (479 dəqiqə)

Riçard Almeyda (“Qarabağ”) – 6 oyun (369 dəqiqə)

Namik Ələskərov (“Sabah”) – 6 oyun (270 dəqiqə)

Eddi İsrafilov (“Neftçi”) – 5 oyun (363 dəqiqə): 1 qol

Toral Bayramov (“Qarabağ”) – 5 oyun (225 dəqiqə)

Ceyhun Nuriyev (“Sabah”) – 5 oyun (68 dəqiqə): 1 qol

Filip Ozobiç (“Qarabağ”) – 4 oyun (116 dəqiqə)

Legioner həyatı yaşayanlar:

Ozan Can Kökçü (“Eyndhoven”, Niderland) – 13 oyun (803 dəqiqə)

Renat Dadaşov (“Qrasshopper”, İsveçrə) – 9 oyun (690 dəqiqə): 4 qol

Mahir Emreli (“Dinamo”, Xorvatiya / “Konyaspor”, Türkiyə) – 5 oyun (231 dəqiqə)

Anton Krivotsyuk (“Visla”, Plotsk, Polşa / “Tecon Xana, Cənubi Koreya) – 4 oyun (360 dəqiqə)

Futbol Futbol
Kadi Borgesin Rusiya klubuna keçidi rəsmiləşib

Kadi Borgesin Rusiya klubuna keçidi rəsmiləşib

Futbol Futbol
Şahin Diniyev: "Hesab oyuna görə olmadı"

Şahin Diniyev: "Hesab oyuna görə olmadı"

Futbol Futbol
XXI əsrdə ən çox qol vurmuş müdafiəçilər bəlli olub

XXI əsrdə ən çox qol vurmuş müdafiəçilər bəlli olub

Futbol Futbol
Çempionlar Liqası: Bu gün 1/8 finalın daha 2 iştirakçısı bəlli olacaq

Çempionlar Liqası: Bu gün 1/8 finalın daha 2 iştirakçısı bəlli olacaq

Futbol Futbol
Konfrans Liqası: "Qarabağ"ın səfər oyununun biletləri satışa çıxarılıb

Konfrans Liqası: "Qarabağ"ın səfər oyununun biletləri satışa çıxarılıb

Futbol Futbol
Avropa Liqası: "Yuventus", "Sevilya" və "Sportinq" 1/8 finala adlayıb

Avropa Liqası: "Yuventus", "Sevilya" və "Sportinq" 1/8 finala adlayıb

Futbol Futbol
Futzal çempionatlarında oyunların yeri dəyişdirilib, matçlar bir dəqiqəlik sükutla başlayacaq

Futzal çempionatlarında oyunların yeri dəyişdirilib, matçlar bir dəqiqəlik sükutla başlayacaq

Futbol Futbol
AFFA-nın baş katibi: “FIFA-nın müraciətindən sonra bu məsələ müzakirə olunacaq”

AFFA-nın baş katibi: “FIFA-nın müraciətindən sonra bu məsələ müzakirə olunacaq”

Futbol Futbol
"Hatayspor"un futbolçusu dağıntılar altından çıxarılıb, bəzi oyunçularla əlaqə kəsilib

"Hatayspor"un futbolçusu dağıntılar altından çıxarılıb, bəzi oyunçularla əlaqə kəsilib

Futbol Futbol
Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Futbol Futbol
Ukrayna Futbol Assosiasiyası Rusiya klublarına görə FIFA-ya müraciət edib

Ukrayna Futbol Assosiasiyası Rusiya klublarına görə FIFA-ya müraciət edib

Futbol Futbol
“Universitatya Krayova”nın sponsoru Regekampfla maraqlandıqlarını təsdiqləyib

“Universitatya Krayova”nın sponsoru Regekampfla maraqlandıqlarını təsdiqləyib