İcma: "Qərbi Azərbaycan mövzusu Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində gündəliyə gəlib"

İcma: "Qərbi Azərbaycan mövzusu Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində gündəliyə gəlib"

"Qərbi Azərbaycan mövzusu Ermənistan hökumətinin etnik təmizləmə siyasəti nəticəsində gündəliyə gəlib".

Bu barədə "Birxeber.Az"a Qərbi Azərbaycan İcmasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan Xarici İşlər Nazirliyi martın 18-də bəyanat verərək bu ölkədən qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququna xələl gətirməyə növbəti dəfə cəhd edib: "Əvvəla, vurğulamaq istərdik ki, sırf insan haqları məsələsi olan Qərbi Azərbaycan mövzusu Ermənistan hökumətinin etnik təmizləmə siyasəti və bu siyasətin nəticələrini aradan qaldırmaqdan imtina etməsi nəticəsində gündəliyə gəlib. Bizim təşkilatımız 1989-cu ildə təsis edilib və o dövrdən bəri ardıcıl olaraq, geri qayıtmaq hüququmuzun reallaşması uğrunda mübarizə aparırıq. Ermənistanda monoetnik vəziyyətin olduğu hamılıqla bilinən faktdır. Yaxın keçmişədək bu ərazidə azlıq təşkil etmiş ermənilər indi orada əhalinin 99%-dən çoxunu təşkil edirlər. Bu vəziyyət bədnam etnik təmizləmə nəticəsində meydana çıxıb. Ermənistanda qalmış cüzi sayda etnik azlıqlara dekorativ məqsədlə, parlamentdə kvota əsasında müəyyən sayda yer vermək, etnik təmizləmələri və davam edən irqi-ayrı seçkiliyi ört-basdır etmək üçün uğursuz cəhdlərdir. Bir daha vurğulayırıq ki, biz Ermənistan adlanan ərazinin qanuni sakinləriyik və evlərimizə geri qayıtmaq bizim mütləq və əzəli hüququmuzdur. Ermənistan Azərbaycan ilə münasibətlərinin xarakterindən asılı olmayaraq, öz ərazisindən qovduğu sakinlərinin geri qayıtmasına qeyd-şərtsiz şərait yaratmalıdır".

"Biz Ermənistan hökumətini öz ərazisində azərbaycanlıların yaşamış olduğu məntəqələrdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşma siyasətinə, mədəni irsimizin dağıdılmasına son verməyə və bu qanunsuzluğu aradan qaldırmağa çağırırıq. Biz bir daha Ermənistan hökumətini o ərazinin qanuni sakinləri olan və oradan qovduğu azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində öz evlərinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmağa, bunun üçün etdiyimiz dialoq müraciətinə cavab verməyə çağırırıq. Nəhayət, bir daha vurğulamaq istərdik ki, öz evlərimizə sülh yolu ilə geri qayıtmaq tələbimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək şəkildə yanlış təfsir edilə və ya qələmə verilə bilməz", - məlumatda vurğulanıb.

Xarici siyasət Xarici siyasət
Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başlayıb

Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başlayıb

Xarici siyasət Xarici siyasət
Astanada AQFET-in sammiti başlayıb

Astanada AQFET-in sammiti başlayıb

Xarici siyasət Xarici siyasət
Aleksandar Vuçiç: "Azərbaycanı Serbiyaya, Serbiyanı isə Azərbaycana qarşı döndərmək mümkün deyil"

Aleksandar Vuçiç: "Azərbaycanı Serbiyaya, Serbiyanı isə Azərbaycana qarşı döndərmək mümkün deyil"

Xarici siyasət Xarici siyasət
BMT BA-nın 77-ci sessiyasının sədri Azərbaycana rəsmi səfərə gedib

BMT BA-nın 77-ci sessiyasının sədri Azərbaycana rəsmi səfərə gedib

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov Portuqaliyanın dövlət katibi ilə görüşüb

Ceyhun Bayramov Portuqaliyanın dövlət katibi ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Xarici blogerlər: "Azad olunan ərazilərdə erməni işğalı dövründə kütləvi dağıntılar törədilib"

Xarici blogerlər: "Azad olunan ərazilərdə erməni işğalı dövründə kütləvi dağıntılar törədilib"

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN Efiopiyanı təbrik edib

Azərbaycan XİN Efiopiyanı təbrik edib

Xarici siyasət Xarici siyasət
Litva Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Litva Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Xarici siyasət Xarici siyasət
Əli Əsədov: "Azərbaycan Türkiyəyə yardım üçün təxirəsalınmaz tədbirlər görür"

Əli Əsədov: "Azərbaycan Türkiyəyə yardım üçün təxirəsalınmaz tədbirlər görür"

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov Timor Leste Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri ilə görüşüb

Ceyhun Bayramov Timor Leste Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Budapeştdə İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Budapeştdə İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib