Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatında 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatında 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar

Azərbaycanın 4 sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa Çempionatında medal qazanıb.

"Birxeber.Az"un məlumatına görə, bunlardan ikisi qızıl, biri gümüş, biri isə bürünc medaldır.

Mübarizəyə 1/4 finaldan qoşulan Nurəddin Novruzov (57 kq) debütdə moldovalı Gennadi Diuvenjiyə heç bir şans tanımayıb – 12:2. Ancaq yarımfinalda türkiyəli Tolqa Özbekə minimal fərqlə uduzub – 4:5. Novruzov bürünc medal uğrunda görüşdə Edik Harutyunyana (Ermənistan) da uduzaraq 5-ci yerlə kifayətlənib.

Rəşid Babazadə (65 kq) startda moldovalı Veniamin Borzin üzərində inamlı qələbə qazanıb – 11:2. Gürcüstanlı Qoqa Otinaşviliylə qarşılaşma isə gərgin mübarizə şəraitində keçib. Rəqibinə 7:6 hesabıyla qalib gələn Babazadə adını yarımfinala yazdırıb. Rəşid türkiyəli Hamza Zopalını (11:8) da yolundan kənarlaşdıraraq finala yüksəlib. Həmyerlimiz həlledici görüşdə Fransa təmsilçisi Xamzat Arsamerzoyevlə üz-üzə gəlsə də, yarımfinal görüşündə aldığı zədə ona güləşməyə imkan verməyib. Belədə Babazadə U-23 Avropa çempionatını gümüş medalla başa vurub.

Maqomed-Başir Xaniyev (70 kq) 1/8 finalda ukraynalı Narek Poqosyandan güclü olub – 8:3. Təmsilçimiz 1/4 finalda avstriyalı Benedikt Huberə (11:1) tam üstünlüklə qalib gəlib. Xaniyev gürcüstanlı Davit Patsinaşvilini də (7:4) üstələyərək finala vəsiqə qazanıb. Maqomed-Başir finalda ermənistanlı Hayk Papikyanla qarşılaşıb. Rəqibinə tam üstünlüklə (10:0) qalib gələn Xaniyev Avropa çempionu olub.

Yarışa 1/4 finaldan başlayan Səbuhi Əmiraslanov (79 kq) çətinlik çəkmədən polşalı Mateuş Pedziçkini mübarizədən kənarlaşdırıb – 10:0. Əmiraslanov yarımfinalda böyüklər arasında son Avropa çempionu Georgios Kuqiumtsidisə (Yunanıstan) uduzub – 2:5. Səbuhi bürünc medal uğrunda ermənistanlı Narek Qriqoryanla güləşib və 4:1 hesablı qələbəylə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

İslam İlyasov (97 kq) təsnifat mərhələsində almaniyalı Ertuğrul Ağcaya qalib gəlib – 5:0. Həmyerlimiz 1/4 finalda bolqarıstanlı Kolyo Dimitrovu xalsız qoyub – 6:0. İlyasov yarımfinalda macarıstanlı Riçard Veqi eyni hesabla üstələyərək ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının finalına yüksəlib. İslam həlledici görüşdə türkiyəli Oktay Çiftçini sınağa çəkib. Rəqibinə 6:1 hesabıyla qalib gələn İlyasov titulunu qoruyaraq, ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının qalibi olub.

Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq. Daha əvvəl qadın güləşçilərdən Birgül Soltanova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) bürünc medal qazanıb.

Yunan-Roma güləşçilərindən isə Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) gümüş medala sahib çıxıb.

Fərdi Fərdi
Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi ilə "Report" İnformasiya Agentliyi arasında görüş keçirilib

Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi ilə "Report" İnformasiya Agentliyi arasında görüş keçirilib

Fərdi Fərdi
İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

Fərdi Fərdi
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları son gündə bir dəst medal qazanıblar

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları son gündə bir dəst medal qazanıblar

Fərdi Fərdi
Azərbaycan güləşçisi: "Ermənilərlə 4 görüşün hamısında qələbə qazandıq"

Azərbaycan güləşçisi: "Ermənilərlə 4 görüşün hamısında qələbə qazandıq"

Fərdi Fərdi
Rafael Fiziyev Azərbaycan bayrağı altında ilk döyüşündə qələbə qazanıb

Rafael Fiziyev Azərbaycan bayrağı altında ilk döyüşündə qələbə qazanıb

Fərdi Fərdi
Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb

Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb

Fərdi Fərdi
Azərbaycan idmançısının Rizin Qran-prisindəki rəqibi bəlli olub

Azərbaycan idmançısının Rizin Qran-prisindəki rəqibi bəlli olub

Fərdi Fərdi
Azərbaycan sablyaçıları Tallində medalsız qalıblar

Azərbaycan sablyaçıları Tallində medalsız qalıblar

Fərdi Fərdi
"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlandı

"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlandı

Fərdi Fərdi
ABŞ-da kişi və qadın idmançılara bərabər məvacib ödəniləcək

ABŞ-da kişi və qadın idmançılara bərabər məvacib ödəniləcək

Fərdi Fərdi
Azərbaycan ağırlıqqaldıranları Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edə bilərlər

Azərbaycan ağırlıqqaldıranları Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edə bilərlər

Fərdi Fərdi
Alfonso Dominges: “Əsas hədəfim dünya çempionu titulumu qorumaqdır” – MÜSAHİBƏ

Alfonso Dominges: “Əsas hədəfim dünya çempionu titulumu qorumaqdır” – MÜSAHİBƏ