Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49,5 min nəfəri keçib

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 49,5 min nəfəri keçib

Fevral ayında Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərin qurbanlarının sayı demək olar, 49,6 min nəfərə çatıb, onlardan 6,8 min nəfəri əcnəbilərdir.

"Birxeber.Az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ölkənin vitse-prezidenti Fuat Oktay deyib.

“Episentri Kahramanmaraş vilayətində yerləşən zəlzələlər nəticəsində 49 589 nəfər ölüb ki, onlardan 6 807 nəfəri xarici vətəndaşlardır”, - o deyib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Region Region
Zelenski hərbçilərlə xüsusi müşavirə keçirib

Zelenski hərbçilərlə xüsusi müşavirə keçirib

Region Region
Türkiyədə zəlzələdə 448 tibb işçisi həlak olub

Türkiyədə zəlzələdə 448 tibb işçisi həlak olub

Region Region
Fars körfəzində Amerika gəmiləri İran qayıqları ilə toqquşmadan yayınıb

Fars körfəzində Amerika gəmiləri İran qayıqları ilə toqquşmadan yayınıb

Region Region
Vladimir Putin gələn həftə Ermənistana səfər edəcək

Vladimir Putin gələn həftə Ermənistana səfər edəcək

Region Region
Paşinyan: "Rusiya Ermənistanın ittifaq dövlətinə daxil olmasını təklif edə bilməz"

Paşinyan: "Rusiya Ermənistanın ittifaq dövlətinə daxil olmasını təklif edə bilməz"

Region Region
Zelenski dünya şirkətlərini Rusiya ilə əlaqələri kəsməyə çağırıb

Zelenski dünya şirkətlərini Rusiya ilə əlaqələri kəsməyə çağırıb

Region Region
Rusiya Ermənistana nota verib

Rusiya Ermənistana nota verib

Region Region
Almaniya MN: "Müdafiə nazirinin istefası xəbəri şayiədir"

Almaniya MN: "Müdafiə nazirinin istefası xəbəri şayiədir"

Region Region
Politoloq: “İranın nüvə müqaviləsindən çıxması regionda əlavə gərginlik yarada bilər"

Politoloq: “İranın nüvə müqaviləsindən çıxması regionda əlavə gərginlik yarada bilər"

Region Region
Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi yenidən uzadılıb

Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi yenidən uzadılıb

Region Region
Rusiya və Ukrayna ombudsmanları arasında görüş olub

Rusiya və Ukrayna ombudsmanları arasında görüş olub

Region Region
Podolyak: "Ukraynanın Rusiyanın əsassız müharibəsinə istənilən cavabı haqlıdır"

Podolyak: "Ukraynanın Rusiyanın əsassız müharibəsinə istənilən cavabı haqlıdır"