Dövlət başçısı Suqovuşanda turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olub - YENİLƏNİB

Dövlət başçısı Suqovuşanda turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olub - YENİLƏNİB

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olublar.

"Birxeber.Az" xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Birinci Dövlət Proqramı çərçivəsində əsas infrastruktur obyektlərinin təmir-bərpa və yenidənqurma layihələri çərçivəsində Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmirinə başlanılıb. Hazırda su anbarının divarlarına beton örtüyün vurulması, oradakı bütün avadanlıqların əsaslı təmiri həyata keçirilir, magistral kanalda zəruri işlər görülür. Eyni zamanda, Suqovuşan su anbarı boyunca ilkin turizm infrastruktur obyektlərinin yaradılmasına başlanılıb. Burada Turizm İnformasiya Bürosu inşa olunur, sahilboyu park salınır, avtodayanacaq tikilir.

Qeyd edilib ki, Qarabağ iqtisadi rayonunda “Xaçınçay”, “Köndələnçay-1”, “Köndələnçay-2”, “Köndələnçay-3” su anbarlarında paralel olaraq aparılan bərpa, əsaslı təmir və yenidənqurma işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

12:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtərin Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olublar.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər.

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolundakı aksiya 57 gündür davam edir: ekofəalların tələbləri dəyişməzdir 

Xankəndi-Laçın yolundakı aksiya 57 gündür davam edir: ekofəalların tələbləri dəyişməzdir 

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 50 avtomobili maneəsiz keçib - YENİLƏNİB-5

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 50 avtomobili maneəsiz keçib - YENİLƏNİB-5

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 60 avtomobili maneəsiz keçib - YENİLƏNİB-8

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 60 avtomobili maneəsiz keçib - YENİLƏNİB-8

QARABAĞ QARABAĞ
Azərbaycan Qarabağ ermənilərinə humanitar istiqamətdə ehtiyac olan yardımları göstərməyə hazır olduğunu bəyan edib

Azərbaycan Qarabağ ermənilərinə humanitar istiqamətdə ehtiyac olan yardımları göstərməyə hazır olduğunu bəyan edib

QARABAĞ QARABAĞ
Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 36 avtomobili maneəsiz keçib - YENİLƏNİB-6

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 36 avtomobili maneəsiz keçib - YENİLƏNİB-6

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda sülhməramlıların 63 avtomobili maneəsiz keçib - YENİLƏNİB-12

Xankəndi-Laçın yolunda sülhməramlıların 63 avtomobili maneəsiz keçib - YENİLƏNİB-12

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 8 avtomobilin hərəkətinə şərait yaradılıb

Xankəndi-Laçın yolunda BQXK-yə məxsus 8 avtomobilin hərəkətinə şərait yaradılıb

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda aksiyanın 56-cı günü: etirazçıların fəallığı gündən-günə artır

Xankəndi-Laçın yolunda aksiyanın 56-cı günü: etirazçıların fəallığı gündən-günə artır

QARABAĞ QARABAĞ
Əli Nağıyev: “Vətən müharibəsi dövründə Ermənistandan Azərbaycana qarşı kiber məkanda təhdidlərin qarşısı uğurla alınıb”

Əli Nağıyev: “Vətən müharibəsi dövründə Ermənistandan Azərbaycana qarşı kiber məkanda təhdidlərin qarşısı uğurla alınıb”

QARABAĞ QARABAĞ
Xankəndidən Laçın istiqamətinə sülhməramlıların daha 2 avtomobili maneəsiz keçib

Xankəndidən Laçın istiqamətinə sülhməramlıların daha 2 avtomobili maneəsiz keçib

QARABAĞ QARABAĞ
Xankəndindən Laçın istiqamətinə sülhməramlıların daha 2 avtomobili maneəsiz keçib 

Xankəndindən Laçın istiqamətinə sülhməramlıların daha 2 avtomobili maneəsiz keçib 

QARABAĞ QARABAĞ
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası doqquz gündür davam edir - VİDEO

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası doqquz gündür davam edir - VİDEO