Türkiyənin təhsil naziri Azərbaycana səfərinin məqsədini açıqlayıb

Türkiyənin təhsil naziri Azərbaycana səfərinin məqsədini açıqlayıb

Səfərimizin məqsədi iki ölkə arasındakı qardaşlıq bağlarını gücləndirməkdir.

APA xəbər verir ki, bunu Türkiyənin təhsil naziri Yusuf Tekin jurnalistlərə açıqlamasında deyib.

“Bizim təhsil nazirliklərimizin üzərinə düşən öhdəlik hər zaman Vətən torpaqları uğrunda canını verməyə hazır olan gələcək nəsillər yetişdirməkdir. İnşallah, heç vaxt torpaqlarımız hücuma məruz qalmaz və döyüşmək məcburiyyətində qalmarıq”, - nazir qeyd edib.