Azərbaycanda yerləşmə xidmətindən istifadə edən şəxslərin qeydiyyatı elektron qaydada aparılacaq

Azərbaycanda yerləşmə xidmətindən istifadə edən şəxslərin qeydiyyatı elektron qaydada aparılacaq

Nazirlər Kabineti yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması qaydasını təsdiq edib.

“Report” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qayda “Turizm haqqında” Qanunun 9.2-ci maddəsinə uyğun olaraq hazırlanıb.

Qaydanın məqsədi yerləşmə vasitələri tərəfindən yerləşmə xidmətindən istifadə edən şəxslərin qeydiyyatının elektron qaydada aparılması və bununla əlaqədar yerləşmə vasitələrinin fəaliyyətinin tənzimlənməsidir.

Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

- yerləşmə xidməti - yerləşmə vasitəsində qonağın ödənişli əsaslarla yataq yeri və müvəqqəti yaşayış üçün zəruri ehtiyaclarının qarşılanması məqsədilə digər vasitələrlə təmin edilməsi xidməti;

- qonaq - yerləşmə vasitəsində yerləşmə xidmətindən istifadə edən fiziki şəxs;

- qonaq qeydiyyatı forması - yerləşmə xidmətindən istifadə edən şəxs haqqında məlumatların daxil edildiyi elektron sənəd forması;

- Qonaq Qeydiyyatı Proqramı - qonaq qeydiyyatı formasının tərtibi və adsızlaşdırılmış məlumatların Turizm Reyestrinə göndərilməsi üçün istifadə edilən tətbiqi proqram;

- gəlmə vaxtı (check-in) - yerləşmə xidmətindən istifadə etməzdən əvvəl şəxsin yerləşmə vasitəsində qeydiyyata alındığı vaxt;

- getmə vaxtı (check-out) - yerləşmə xidmətindən istifadə edən şəxsin yerləşmə vasitəsində qeydiyyatdan çıxarıldığı vaxt;

- məsul şəxs - qonaqların elektron qeydiyyatının aparılması üçün yerləşmə vasitəsi tərəfindən təyin edilən yerləşmə vasitəsində əmək və ya xidmət müqaviləsi əsasında işləyən fiziki şəxs.

Qonaq Qeydiyyatı Proqramı Dövlət Turizm Agentliyi tərəfindən Turizm Reyestri əsasında formalaşdırılır və əvəzsiz (ödənişsiz) olaraq yerləşmə vasitələrinin istifadəsinə verilir.

Yerləşmə vasitəsi qonaqların elektron qeydiyyatının aparılması zamanı Proqram vasitəsilə toplanan məlumatların öz mülkiyyətində olan elektron məlumat daşıyıcılarında saxlanılmasını və mühafizəsini təmin edir.

TURİZM TURİZM
Dövlət Turizm Agentliyi kənd qonaq evlərinin sahibləri ilə görüş keçirib

Dövlət Turizm Agentliyi kənd qonaq evlərinin sahibləri ilə görüş keçirib

TURİZM TURİZM
Azərbaycandan Dubaya gedən turistlərin sayı 89 % artıb

Azərbaycandan Dubaya gedən turistlərin sayı 89 % artıb

TURİZM TURİZM
Türkiyə bu il turizmdən 46 milyard dollar gəlir əldə edəcək

Türkiyə bu il turizmdən 46 milyard dollar gəlir əldə edəcək

TURİZM TURİZM
Naftalanda 16 otel və sağlamlıq mərkəzi fəaliyyət göstərir

Naftalanda 16 otel və sağlamlıq mərkəzi fəaliyyət göstərir

TURİZM TURİZM
Azərbaycandan bu il 20 min turist İzmirə səfər edib

Azərbaycandan bu il 20 min turist İzmirə səfər edib

TURİZM TURİZM
Azərbaycana turist axını 2 dəfə artıb

Azərbaycana turist axını 2 dəfə artıb

TURİZM TURİZM
Basqal hamamı dövlət nəzarətinə götürülüb, Hamam Muzeyi əsaslı bərpa edilib

Basqal hamamı dövlət nəzarətinə götürülüb, Hamam Muzeyi əsaslı bərpa edilib

TURİZM TURİZM
Azərbaycan ilk dəfə qastronomik turizm imkanlarını Lüksemburqda təqdim edib

Azərbaycan ilk dəfə qastronomik turizm imkanlarını Lüksemburqda təqdim edib

TURİZM TURİZM
Suqovuşanın turizm potensialının geniş olması hansı imkanlar yaradacaq?

Suqovuşanın turizm potensialının geniş olması hansı imkanlar yaradacaq?

TURİZM TURİZM
AZAL-la “Nağıllar aləmi”nə səyahət: Səmərqəndə səfərin təəssüratları

AZAL-la “Nağıllar aləmi”nə səyahət: Səmərqəndə səfərin təəssüratları

TURİZM TURİZM
Azərbaycan Qazaxıstan və İsraildə turizm sərgilərində iştirak edəcək

Azərbaycan Qazaxıstan və İsraildə turizm sərgilərində iştirak edəcək

TURİZM TURİZM
Azərbaycan dünyanın 5 ən böyük turizm sərgisindən birində iştirak edəcək

Azərbaycan dünyanın 5 ən böyük turizm sərgisindən birində iştirak edəcək