“ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara 400 milyon manat qaytarılıb

“ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara 400 milyon manat qaytarılıb

Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il martın 1-dək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 400,7 milyon manat.

Bu barədə "Birxeber.Az" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir. Bu ilin yanvar-fevral ayları ərzində isə 24,7 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Bildirilir ki, bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 2,4 milyondan çox istifadəçi qeydə alınıb.

"Digər tərəfdən nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Nağdsız ödəmələrin stimullaşdırılması məqsədilə nağdsız ödənişlər üzrə geri qaytarılan ƏDV məbləğinin faiz dərəcəsi 15 %-dən 17,5 %-ə qədər artırılıb ki, bu da istehlakçılarda nağdsız ödəmələr aparmağa əhəmiyyətli maraq yaradır. Təkcə 2022-ci ildə layihə çərçivəsində nağdsız qaydada alınmış mallara və ya əldə edilmiş xidmətlərə görə istehlakçılara 68,4 milyon manatdan çox ƏDV geri qaytarılıb", - məlumatda deyilir.

Qeyd olunur ki, “ƏDV geri al” layihəsinin işə düşməsindən 3 ilə yaxın vaxt keçir. İnnovativ layihə kimi xüsusi ictimai dəstək alan “ƏDV geri al” iqtisadiyyatda şəffaflığın təmin edilməsi, nağdsız ödənişlərin genişlənməsi və stimullaşdırıcı mexanizmləri təşviq edən bir təşəbbüsdür.

"Bu layihəni başlayarkən, Dövlət Vergi Xidməti ictimai iştirakçılığı cəlb etməklə “kölgə iqtisadiyyatı”nın miqyaslarının azaldılmasında effektiv nəticələr əldə etməyi hədəfləyirdi. 2020-ci ilin may ayından ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir, layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir", - məlumatda qeyd edilib.

DVX bildirir ki, bundan başqa, layihənin icrası nəticəsində vergi ödəyicilərinin real dövriyyələrinin üzə çıxarılması təmin edilib. “ƏDV geri al” layihəsi yeni nəsil NKA-ların tətbiqi ilə paralel şəkildə həyata keçirilir. 2022-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19,5 milyard manata yaxın olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27 % çoxdur. 2023-cü ilin yanvar-fevral aylarında dövriyyə 3,1 milyard manata yaxın təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 % çoxdur.

Maliyyə Maliyyə
Bu il özəlləşdirmədən dövlət büdcəsinə köçürmələr 2 dəfə artıb

Bu il özəlləşdirmədən dövlət büdcəsinə köçürmələr 2 dəfə artıb

Maliyyə Maliyyə
Səudiyyəli nazir: "Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayə yatırmaqda maraqlıyıq" 

Səudiyyəli nazir: "Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayə yatırmaqda maraqlıyıq" 

Maliyyə Maliyyə
Azərbaycanın qiymətli kağızlar bazarı 26% kiçilib

Azərbaycanın qiymətli kağızlar bazarı 26% kiçilib

Maliyyə Maliyyə
S&P Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb

S&P Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Maliyyə Maliyyə
"Təmiz Şəhər" auditor seçir

"Təmiz Şəhər" auditor seçir

Maliyyə Maliyyə
DSMF-in sərbəst vəsaitləri və investisiya gəlirləri Mərkəzi Bankda saxlanacaq

DSMF-in sərbəst vəsaitləri və investisiya gəlirləri Mərkəzi Bankda saxlanacaq

Maliyyə Maliyyə
Hesablama Palatası maliyyə auditlərinin sayını azaldıb

Hesablama Palatası maliyyə auditlərinin sayını azaldıb

Maliyyə Maliyyə
Samirə Musayeva: "Yeni vergi qanunvericiliyinin hazırlanması üçün xarici məsləhətçi dəvət edilib"

Samirə Musayeva: "Yeni vergi qanunvericiliyinin hazırlanması üçün xarici məsləhətçi dəvət edilib"

Maliyyə Maliyyə
ISDB Azərbaycanın azad edilmiş ərazilərinin bərpası ilə bağlı layihələrdə iştirak etmək istəyir

ISDB Azərbaycanın azad edilmiş ərazilərinin bərpası ilə bağlı layihələrdə iştirak etmək istəyir

Maliyyə Maliyyə
Azərbaycandakı kredit ittifaqlarının xalis zərəri 33% azalıb

Azərbaycandakı kredit ittifaqlarının xalis zərəri 33% azalıb

Maliyyə Maliyyə
Siyavuş Novruzov: “Valyuta mübadiləsi fəaliyyəti üçün qaydalarımız sərtdir”

Siyavuş Novruzov: “Valyuta mübadiləsi fəaliyyəti üçün qaydalarımız sərtdir”

Maliyyə Maliyyə
"Azərkosmos" auditor seçib

"Azərkosmos" auditor seçib