İmişlidə avtomobil yola uzanmış şəxsi vurub öldürərək qaçıb
İmişli rayonunda avtomobil yola uzanmış şəxsi vurub öldürərək qaçıb.
“Report”un məlumatına görə, hadisə martın 17-si saat 23 radələrində İmişli-Boşçallar-Sarıxanlı avtomobil yolunun Sarıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Murtuzayev Ziyadxan Həsənbala oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən asfalta uzanmış İmişli rayonunun Boşçallar kənd sakini, 1973-cü il təvəllüdlü Xasayev Fərman Qəhrəman oğlunun üzərindən keçib. Nəticədə F.Xasayevi avtomobillə vuran Z.Murtuzayev nəqliyyat vasitəsini saxlamayaraq hadisə yerindən qaçıb.
İmişli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
İstintaq zamanı Z.Murtuzayev şübhəli şəxs qismində tutulub.