Bakıda 50 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
Avropa çempionatı: Beş sərbəst güləşçi mübarizəyə başlayır, üçü final görüşünə çıxacaq
Azərbaycanın daha beş sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.
"Birxeber.Az"un məlumatına görə, 61 kq çəki dərəcəsində çıxış edən Ayxan Abdullazadə 1/4 final mərhələsində Emre Kural (Türkiyə) / Andrey Vitan (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.
74 kq-dakı Turan Bayramov təsnifatda Nikolay Dimitrovla (Bolqarıstan) görüşəcək. 86 kq-dakı Fərid Cabbarov 1/4 finalda Knyaz İboyan (Ermənistan) / İvan İçizli (Moldova) duelinin, 92 kq-dakı Abdulcəlil Şabanov Recep Haydari (Şimali Makedoniya) / İon Demian (Moldova) cütünün güclüsü ilə qarşılaşacaq.
Nəhayət, 125 kq-dakı Vaxit Qalayev Uveys Feyzulahunun (Şimali Makedoniya) müqavimətini qırmağa çalışacaq.
Bu gün, həmçinin, 65 kq-da Rəşid Babazadə, 70 kq-da Maqomed-Başir Xaniyev və 97 kq-da İslam İlyasov qızıl medal uğrunda mübarizə aparacaqlar. Onlar finalda, müvafiq olaraq, Xamzat Arsamerzoyev (Fransa), Hayk Papikyan (Ermənistan) və Oktay Çiftçi (Türkiyə) ilə güləşəcəklər. 57 kq-da Nurəddin Novruzov və 79 kq-da Səbuhi Əmiraslanov bürünc medal qarşılaşmalarına çıxacaqlar. 3-cü yer uğrunda görüşdə Novruzov Rafal Şevç (Polşa) / Edik Harutyunyan (Ermənistan) cütünün qalibi, Əmiraslanov isə digər Ermənistan təmsilçisi Narek Qriqoryanla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq. Daha əvvəl qadın güləşçilərdən Birgül Soltanova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) bürünc medal qazanıb.
Yunan-Roma güləşçilərindən isə Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) gümüş medala sahib çıxıb.