"Qalatasaray" Bakıya məğlubiyyətlə gəlir

"Qalatasaray" Bakıya məğlubiyyətlə gəlir

Türkiyə Super Liqasında XXVI tura start verilib.

"Birxeber.Az"un məlumatına görə, açılış oyununda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" evdə "Qalatasaray"la qarşılaşıb. Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 31-ci dəqiqədə qonaqlardan Miloş Raşitsa açıb. Meydan sahibləri 62-ci dəqiqədə Soner Dikmenin dəqiq zərbəsi ilə tarazlığı bərpa ediblər. Oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə Oğulcan Ülgün Konya təmsilçisinə qələbə qazandıran qolu vurub.

Matça start heyətində başlayan Emreli 79-cu dəqiqədə məhz Ülgünlə əvəzlənib. 26 yaşlı hücumçu 15-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Emrelinin komandası bu qalibiyyətlə rəqibin 14 oyunluq qələbə seriyasına son qoyub.

Bu nəticədən sonra xallarını 34-ə çatdıran "Konyaspor" 8-ci pillədə qalıb. "Qalatasaray" isə 60 xalla turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, "Qalatasaray" martın 26-da Bakı Olimpiya Stadionunda "Qarabağ"la xeyriyyə oyunu keçirəcək. Qarşılaşma saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Futbol Futbol
Konfrans Liqası: Yarımfinala yüksələn ilk komanda məlum olub

Konfrans Liqası: Yarımfinala yüksələn ilk komanda məlum olub

Futbol Futbol
Elxan Məmmədov Ukraynada nazirlə görüşüb

Elxan Məmmədov Ukraynada nazirlə görüşüb

Futbol Futbol
Avropa Liqası və Konfrans Liqasında həftənin oyunçuları bəlli olub

Avropa Liqası və Konfrans Liqasında həftənin oyunçuları bəlli olub

Futbol Futbol
"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

Futbol Futbol
Leandro Andradenin meneceri “Krasnodar” variantına aydınlıq gətirib

Leandro Andradenin meneceri “Krasnodar” variantına aydınlıq gətirib

Futbol Futbol
"Arsenal" Premyer Liqada 3 klubun nailiyyətini təkrarlayıb

"Arsenal" Premyer Liqada 3 klubun nailiyyətini təkrarlayıb

Futbol Futbol
AFFA "Sabah" klubunun şikayətini təmin etməyib

AFFA "Sabah" klubunun şikayətini təmin etməyib

Futbol Futbol
Türkiyədəki zəlzələdə dağıntılar altından 3 iranlı futbolçunun cəsədi çıxarılıb

Türkiyədəki zəlzələdə dağıntılar altından 3 iranlı futbolçunun cəsədi çıxarılıb

Futbol Futbol
Azərbaycan millisinin futbolçusu zədələnib

Azərbaycan millisinin futbolçusu zədələnib

Futbol Futbol
Moldovalı qapıçı: "Məni hər yerdə "Şamaxı"nın oyunçusu hesab edirlər"

Moldovalı qapıçı: "Məni hər yerdə "Şamaxı"nın oyunçusu hesab edirlər"

Futbol Futbol
İngiltərə Premyer Liqası: "Tottenhem" "Mançester Siti"ni minimal hesabla yenib

İngiltərə Premyer Liqası: "Tottenhem" "Mançester Siti"ni minimal hesabla yenib

Futbol Futbol
"Neftçi"nin yeni transferi: "Oyunumla narazılığa son qoymağa çalışacağam"

"Neftçi"nin yeni transferi: "Oyunumla narazılığa son qoymağa çalışacağam"