Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi finalda, 2-si bürünc medal üçün yarışacaq

Avropa çempionatı: Azərbaycanın 3 güləşçisi finalda, 2-si bürünc medal üçün yarışacaq

Azərbaycanın 3 sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında finala vəsiqə qazanıb.

"Birxeber.Az"un məlumatına görə, 65 kq-da Rəşid Babazadə, 70 kq-da Maqomed-Başir Xaniyev və 97 kq-da İslam İlyasov qızıl medal uğrunda mübarizə aparacaqlar.

Yarımfinalda Babazadə türkiyəli Hamza Zopalıya 11:8, Xaniyev gürcüstanlı Davit Patsinaşvili 7:4, İlyasov isə macarıstanlı Riçard Veqə hesabı ilə qalib gəlib. Onlar finalda müvafiq olaraq fransalı Xamzat Arsamerzoyev, ermənistanlı Hayk Papikyan və türkiyəli Oktay Çiftçi ilə qarşılaşacaqlar.

57 kq-da Nurəddin Novruzov və 79 kq-da Səbuhi Əmiraslanov isə yarımfinalda uduzduqlarında bürünc medal qarşılaşmalarına çıxacaqlar. Onların rəqibləri hələlik dəqiqləşməyib.

16:32

Azərbaycanın bu gün mübarizəyə qoşulan sərbəst güləşçilərinin hamısı Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəliblər.

"Birxeber.Az"un məlumatına görə, 57 kq-da Nurəddin Novruzov, 65 kq-da Rəşid Babazadə, 70 kq-da Maqomed-Başir Xaniyev, 79 kq-da Səbuhi Əmiraslanov, 97 kq-da İslam İlyasov bu raundadək irəliləyə bilib.

Novruzov finala gedən yolda türkiyəli Tolqa Özbeklə, Babazadə onun həmyerlisi Hamza Zopalı ilə, Xaniyev gürcüstanlı Davit Patsinaşvili ilə, Əmiraslanov yunanıstanlı Georgios Kuqiumtsidislə, İlyasov macarıstanlı Riçard Veqlə güləşəcək.

Qadınların yarışında 57 kq-dakı Jalə Əliyeva təsəlliverici qarşılaşmada bolqarıstanlı Nazife Tairə qalib gəlib. Əliyeva bürünc medal görüşündə italiyalı Auroro Russo ilə üz-üzə gələcək.

Bu gün, həmçinin, Birgül Soltanova (65 kq) finalda Amina Kapezanı (Rumıniya) sınağa çəkəcək. Gültəkin Şirinova (53 kq) bürünc medal uğrunda görüşdə Mariana Draqatun (Moldova) - Çadiya Ayaçi (Fransa) duelinin qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb. Qadın güləşçilərdən isə Elnurə Məmmədova (55 kq) bürünc medala yiyələnib.

Fərdi Fərdi
Fərid Qayıbov: "Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə hər kəsi təbrik edirəm"

Fərid Qayıbov: "Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə hər kəsi təbrik edirəm"

Fərdi Fərdi
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun növbəti qalibləri bəlli olub

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun növbəti qalibləri bəlli olub

Fərdi Fərdi
Boks üzrə Azərbaycan birinciliyinə start verilib

Boks üzrə Azərbaycan birinciliyinə start verilib

Fərdi Fərdi
İslamiadanın gümüş medalçısı: "Hələlik para-atletikada çıxış etməyi düşünmürəm"

İslamiadanın gümüş medalçısı: "Hələlik para-atletikada çıxış etməyi düşünmürəm"

Fərdi Fərdi
Azərbaycanın fiqurlu konkisürəni Almaniyadakı turnirdə mübarizəyə başlayıb

Azərbaycanın fiqurlu konkisürəni Almaniyadakı turnirdə mübarizəyə başlayıb

Fərdi Fərdi
Yaponiyalı idmançılar Şahdağda xizək və snoubord üzrə master-klass keçiblər

Yaponiyalı idmançılar Şahdağda xizək və snoubord üzrə master-klass keçiblər

Fərdi Fərdi
Ukrayna rəsmiləri IOC-u şantaj edir

Ukrayna rəsmiləri IOC-u şantaj edir

Fərdi Fərdi
Azərbaycan şahmatçısı Çempionlar Turunun I divizionuna vəsiqə qazanıb

Azərbaycan şahmatçısı Çempionlar Turunun I divizionuna vəsiqə qazanıb

Fərdi Fərdi
Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib

Fərdi Fərdi
Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurublar

Azərbaycan ağırlıqqaldıranları Avropa çempionatını 9 medalla başa vurublar

Fərdi Fərdi
Azərbaycan gimnastı Dünya Kubokunda bürünc medal qazanıb

Azərbaycan gimnastı Dünya Kubokunda bürünc medal qazanıb

Fərdi Fərdi
Azərbaycanlı döyüşçü çempionluq titulunu qoruyub

Azərbaycanlı döyüşçü çempionluq titulunu qoruyub