Anar Quliyev Göyçayda vətəndaşları qəbul edib

Anar Quliyev Göyçayda vətəndaşları qəbul edib

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Göyçayda vətəndaşları qəbul edib.

"Report" bu barədə komitəyə istinadən xəbər verir.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq Ulu Öndərin xatirəsi hörmət və ehtiramla anılıb.

Qəbulda Göyçay, Kürdəmir, Ucar, Zərdab və Ağdaş rayon sakinlərinin əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin tikinti üçün ayrılması, habelə tikintiyə icazə icraatı ilə bağlı suallarını cavablandırıb. Bəzi qaldırılan məsələlər yerində həll edilib, əlavə araşdırma tələb edənlərlə bağlı isə müvafiq tapşırıqlar verilib.

.