NATO rəsmisi: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıyıq"

NATO rəsmisi: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıyıq"

NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır.

“Report” xəbər verir ki, bunu NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Brüsseldə “Armenpress”ə müsahibəsində bildirib.

O qeyd edib ki, NATO rəsmi Bakı ilə İrəvan arasında danışıqların mümkün qədər tez bərpa olunmasını istəyir: “Bizim siyasət çox sadədir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyirik. BMT-nin Nizamnaməsinin prinsipləri və əsas elementləri pozulmursa, tərəfdaşlarımız arasında fərq qoymuruq”.

X.Kolomina danışıqların müxtəlif formatda - ikitərəfli, ABŞ və Avropa İttifaqının iştirakı ilə olduğunu bildiklərini vurğulayaraq deyib ki, NATO üçün ən vacibi yekun nəticə, sabitliyin, sülhün olub-olmayacağıdır: “Çünki bu, Qafqazda sabitlik üçün çox vacibdir”.