Fərid Qayıbov: "Bakı Marafon 2024"də beynəlxalq yarış statusu vermək olar

Fərid Qayıbov: "Bakı Marafon 2024"də beynəlxalq yarış statusu vermək olar

"Bakı Marafon 2024"də beynəlxalq yarış statusu vermək olar.

"Birxeber.Az"un məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov "Bakı Marafonu 2024" barədə jurnalistlərə açıqlamasında deyib.

O, ildən-ilə yarış iştirakçılarının artmasının sevindirici hal olduğunu söyləyib: "Finiş xəttinə çatanlar ötənilkindən çoxdur. Bu o deməkdir ki, ölkəmizdə idmana maraq artmaqdadır. Hər il Gənclər və İdman Nazirliyi, həmçinin Azərbaycan Atletik Federasiyası tərəfindən qaçış yarışları təşkil edilir. Bu marafona beynəlxalq yarış statusu vermək olar. Çünki dünyanın bir neçə ölkəsindən idmançılar qatılıb. Mən marafona artıq 3-cü dəfədir qatılıram. Ötən il 20, bu dəfə 9 dəqiqə daha tez finiş xəttinə çatdım".