Azərbaycanda bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanda bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, mayın 6-da dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.