Pastor: Azərbaycandakı xristian icmaları dövlət tərəfindən göstərilən qayğını hiss edir

Pastor: Azərbaycandakı xristian icmaları dövlət tərəfindən göstərilən qayğını hiss edir

Azərbaycandakı xristian icmaları dövlət tərəfindən göstərilən qayğını hiss edir və yaradılan şərait üçün təşəkkür edir.

Bunu “Report”un Qəbələyə ezam olunmuş əməkdaşına “Vineyard Azərbaycan” Xristian Dini icmasının pastoru Kamran Ağayev deyib.

Pastor bayramın Azərbaycanda bu cür təntənəli keçirilməsindən məmnunluğunu ifadə edib:

"Pasxa "ölüm yan keçdi" deməkdir. Bu bayramla bağlı Tövratda ayələr var və Pasxanın mənası bu ayələrlə tam şəkildə açıqlanır. İnsanlar İsa Məsihin vasitəsilə ölümə məhkum olaraq deyil, İsa Məsihlə yenilənmək şansı əldə etdilər. Bu isə Tanrının insanlara nəsib etdiyi lütf vasitəsilə baş verdi".