Minifutbol üzrə Azərbaycan çempionatı: 4 oyunda 34 qol vurulub

Minifutbol üzrə Azərbaycan çempionatı: 4 oyunda 34 qol vurulub

Minifutbol üzrə Azərbaycan çempionatında VIII tura start verilib.

“Report”un məlumatına görə, ilk gündə 4 oyun keçirilib.

Baş tutan görüşlərdə qapılara ümumilikdə 34 qol vurulub.

Qeyd edək ki, turun “İnter” – “Dinamo Gəncə”, “Real Bakı” – “Zirə”, “Aznur” – “Qalaxy Baku” və “Birbaşa Bakı” – “Baku Fire” oyunları bu gün keçiriləcək.

Azərbaycan çempionatı

VIII tur

“Sumqayıt” – “Siyəzən” 6:2

“Abşeron” – “Veteran” 3:2

“Turan” – “Dirçəliş” 8:4

“Odlar Yurdu” – “Atəşgah Suraxanı” 5:4