"Neftçi"nin baş məşqçisi: “Oyunu özümüz çətinləşdirdik, gözlədiyimiz mübarizə olmadı”

"Neftçi"nin baş məşqçisi: “Oyunu özümüz çətinləşdirdik, gözlədiyimiz mübarizə olmadı”

“Oyunu özümüz çətinləşdirdik, gözlədiyimiz mübarizə olmadı”.

“Birxeber.Az”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Kəpəz”lə 2:2 hesablı bərabərə qaldıqları Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis şanları qola çevirməmələrindən şikayətlənib: “İlk hissədə sürətli oynamadıq. Rəqibə əks-hücumlara keçmək imkanı verdik. Ələ düşən şansları dəyərləndirsəydik, fərqli olardı. İkinci qolu vurduq, dönüş yaratdıq. Ancaq dərhal sonra rəqib hesabı bərabərləşdirdi. Fasilədə futbolçulara daha çox özünəinam aşılamağa çalışacağıq”.

O, son dəqiqələrdə VAR-a baxdıqdan sonra hesaba alınmayan qol epizodunda hakimin verdiyi qərarla razılaşmayıb: “Üçüncü qolda tribunalarda hamı qışqırırdı ki, qoldur. Məncə, elə çətin epizod deyildi. Oyunçunun iştirak etmədiyi epizoda görə oyundankənar vəziyyət verə bilmərsən. Hakimlər belə gördülər. Əlavə nəsə deyə bilmərəm”.

Regekampf onları 6 xal qabaqlayan “Sabah”a çatacaqlarına inanır: “Oyunçularıma inanıram. Düşünürəm ki, ikinci pillədəki “Sabah”a çata bilərik. Qarşıda hələ oyunlar var”.

Baş məşqçi “Qarabağ”dakı həmkarı Qurban Qurbanovun martın 26-da Türkiyə klubu “Qalatasaray”la keçiriləcək yoldaşlıq görüşü üçün digər komandalardan futbolçu götürmək istəyinə də münasibət bildirib. O, buna müsbət yanaşmayıb: “Bizim özümüzün də həmin vaxt üçün proqramımız, yoxlama görüşümüz var. Əsas heyətin 6-7 üzvü millidə olacaq. İstədiyimiz proqramla davam etmək üçün U-19 komandasından oyunçular cəlb edə bilərik. Hər klubun öz proqramı var. İndiki vəziyyətdə belə addım atmaq çətin olar. Təsəvvür edin ki, futbolçumuz “Qalatasaray”la görüşdə zədə alır. Bunun ödənişini kim edəcək?”

Futbol Futbol
Canni De Byazi: "Ardıcıl qələbələr Azərbaycan üçün tarixi nəticədir"

Canni De Byazi: "Ardıcıl qələbələr Azərbaycan üçün tarixi nəticədir"

Futbol Futbol
"Qarabağ"ın qapıçısı Premyer Liqada 100-cü oyununu keçirib

"Qarabağ"ın qapıçısı Premyer Liqada 100-cü oyununu keçirib

Futbol Futbol
"Qarabağ"ın legioneri PSJ-nin baş məşqçisini tənqid edib

"Qarabağ"ın legioneri PSJ-nin baş məşqçisini tənqid edib

Futbol Futbol
KİV: “Bavariya” Tuxellə 2,5 illik müqavilə imzalayacaq

KİV: “Bavariya” Tuxellə 2,5 illik müqavilə imzalayacaq

Futbol Futbol
Konfrans Liqası: Bu gün pley-offun bütün iştirakçıları bəlli olacaq

Konfrans Liqası: Bu gün pley-offun bütün iştirakçıları bəlli olacaq

Futbol Futbol
Samir Əliyev: "İslamiada bizim üçün böyük təcrübə oldu"

Samir Əliyev: "İslamiada bizim üçün böyük təcrübə oldu"

Futbol Futbol
İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub

İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub

Futbol Futbol
Avropa klublarının son 5 ildəki transfer gəlirləri və itkiləri açıqlanıb

Avropa klublarının son 5 ildəki transfer gəlirləri və itkiləri açıqlanıb

Futbol Futbol
"Zirə"nin legioneri: "Medalçılar sırasına düşmək çətin, amma mümkündür"

"Zirə"nin legioneri: "Medalçılar sırasına düşmək çətin, amma mümkündür"

Futbol Futbol
Şotlandiyalı hakim 5-ci dəfə Azərbaycan komandasının oyununa təyinat alıb

Şotlandiyalı hakim 5-ci dəfə Azərbaycan komandasının oyununa təyinat alıb

Futbol Futbol
“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Gürcüstan yığması İtaliyaya qalib gəlib

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Gürcüstan yığması İtaliyaya qalib gəlib

Futbol Futbol
PFL prezidenti: “Mütləq sponsor olmalıdır düşüncəsi ilə kiminlə gəldi anlaşmaq düzgün olmaz” - MÜSAHİBƏ

PFL prezidenti: “Mütləq sponsor olmalıdır düşüncəsi ilə kiminlə gəldi anlaşmaq düzgün olmaz” - MÜSAHİBƏ