Benzema Ronaldonun komanda yoldaşı ola bilər

Benzema Ronaldonun komanda yoldaşı ola bilər

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun futbolçusu Kərim Benzema Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nasr"la danışıqlar aparır.

APA xəbər verir ki, bu barədə "L'Équipe" məlumat yayıb.

Fransız forvard "Əl İttihad"da qalmasından narazıdır. O, başqa komandaya keçmək variantını nəzərdən keçirir.

Dekabrın sonunda Benzema Səudiyyə Ərəbistanını tərk etdi. O, “Əl İttihad”ın son məşqini buraxıb. Futbolçunun gedişinin səbəbləri barədə məlumat verilməyib. O da məzuniyyətdən sonra komandanın iclasına gəlməyib və cəzalandırılıb.

Benzema 2023-cü ilin iyununda "Əl İttihad"a keçib. Bu mövsüm hücumçu liqada 15 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.