Mahir Emreli: "Qalatasaray"la oyunda özümü kiməsə göstərmək fikrim yoxdur"

Mahir Emreli: "Qalatasaray"la oyunda özümü kiməsə göstərmək fikrim yoxdur"

"Qalatasaray"la oyunda özümü kiməsə göstərmək fikrim yoxdur".

Bunu "Birxeber.Az"a açıqlamasında "Konyaspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə Super Liqasının XXVI turunda "Qalatasaray"a qarşı keçirəcəkləri matç haqqında danışarkən deyib.

26 yaşlı hücumçu komandasına faydalı olmağa çalışacağını bildirib: "Meydanda doğru olanı etmək lazımdır. Kollektiv şəkildə yaxşı nəticə üçün oynayacağıq".

Forvard güclü kollektivə qarşı mübarizə aparacaqlarını söyləyib: "Rəqib turnir cədvəlinin lideridir və yaxşı formadadırlar. Ardıcıl qazandıqları qələbələr də bunu sübut edir. Uzun müddətdir qələbə qazanmırıq. Amma bu qarşılaşma üçün motivasiyamız yüksəkdir. Onların da bu matça ciddi yanaşdığını anlayırıq. Amma bu, bizi qorxutmur və rəqibdən çəkinmirik. Yaxşı oyun göstərərək nəticə qazanmağa çalışacağıq. Bizim də qələbəyə və azarkeşlərimizi sevindirməyə ehtiyacımız var".

Emreli martın 26-da "Qarabağ" və "Qalatasaray" arasında keçiriləcək xeyriyyə xarakterli yoldaşlıq matçı barədə də danışıb. O, belə qarşılaşmanın baş tutmasına görə çox sevindiyini bildirib: "Xüsusilə Vətən müharibəsi iştirakçısı Murad Hüseynovun arzusunun reallaşması məni sevindirdi. Xeyriyyə oyunu olması isə bir ayrı gözəldir. İnsanlar Türkiyədə baş verənlər üçün çox üzüldülər. Azarkeşlər yardım məqsədi ilə stadionu dolduracaqlar".

2015-2021-ci illərdə "köhlən atlar"ın formasını geyinən forvard "bu matçda meydanda olmağı istədinizmi" sualını belə cavablandırıb: "Bu barədə düşünməmişəm. "Qarabağ" mənim evimdir. Hər zaman onları dəstəkləyirəm".

Qeyd edək ki, martın 17-də oynanılacaq "Konyaspor" - "Qalatasaray" qarşılaşması saat 21:00-da start götürəcək.

Futbol Futbol
“Qəbələ” Türkiyədə son yoxlama görüşünü keçirəcək

“Qəbələ” Türkiyədə son yoxlama görüşünü keçirəcək

Futbol Futbol
Azərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazanıb

Azərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazanıb

Futbol Futbol
Musa Qurbanlı İtaliya A Seriyasında oynaya bilər

Musa Qurbanlı İtaliya A Seriyasında oynaya bilər

Futbol Futbol
Çempionlar Liqasının final oyununun topu təqdim olunub

Çempionlar Liqasının final oyununun topu təqdim olunub

Futbol Futbol
Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Premyer Liqa: "Neftçi" "Səbail"ə qalib gəlib

Futbol Futbol
İlin ən yaxşı futbol klubu bəlli olub

İlin ən yaxşı futbol klubu bəlli olub

Futbol Futbol
"Qalatasaray" və "Benfika" dünya çempionunu heyətinə qatmaq istəyir

"Qalatasaray" və "Benfika" dünya çempionunu heyətinə qatmaq istəyir

Futbol Futbol
AVRO-2024: İtaliya, İspaniya və Belçika evdə, Avstriya səfərdə qələbə qazanıb

AVRO-2024: İtaliya, İspaniya və Belçika evdə, Avstriya səfərdə qələbə qazanıb

Futbol Futbol
"Şamaxı"nın baş məşqçisi: "Son oyun finala bərabərdir, əlimizdən gələni edəcəyik"

"Şamaxı"nın baş məşqçisi: "Son oyun finala bərabərdir, əlimizdən gələni edəcəyik"

Futbol Futbol
İtaliya Futbol Federasiyası "Yuventus"a qarşı yeni ittiham irəli sürüb

İtaliya Futbol Federasiyası "Yuventus"a qarşı yeni ittiham irəli sürüb

Futbol Futbol
"Boka Xuniors" "River Pleyt"in qələbəsi sayəsində Argentina çempionu olub

"Boka Xuniors" "River Pleyt"in qələbəsi sayəsində Argentina çempionu olub

Futbol Futbol
Canni De Byazi: “Bundan artığına nail ola bilərdik”

Canni De Byazi: “Bundan artığına nail ola bilərdik”