“Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropa başa düşdü ki, ən etibarlı tərəfdaş Azərbaycandır” - RƏY

“Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropa başa düşdü ki, ən etibarlı tərəfdaş Azərbaycandır” - RƏY

“Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropa dövlətləri başa düşdü ki, onlar üçün ən etibarlı tərəfdaş Azərbaycandır”.

Bunu “Birxeber.Az”un Avropa bürosuna açıqlamasında Almaniyada yaşayan iqtisadçı ekspert Samirə Vəliyeva bildirib.

“Almaniya-Azərbaycan iqtisadi əlaqələri son illər artan xətt üzrə inkişaf edib. Azərbaycan Avropanın, xüsusilə Almaniyanın enerji təchizatçıları sırasında öz yerini tutub. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Avropa dövlətləri başa düşdü ki, hazırda onlar üçün enerji təchizatı ilə bağlı ən etibarlı tərəfdaş Azərbaycandır”, - o deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Prezidenti Frank Valter Ştaynmayer, kansler Olaf Şoltsun görüşü, eləcə də mətbuata verdikləri birgə açıqlamalar onu deməyə əsas verir ki, Azərbaycan “Avropanın iqtisadi lokomotivi” sayılan Almaniyanın tərəfdaşları içərisində öz yerini bir pillə artırıb:

“İki ölkə arasında xüsusilə enerji və xammal sənayesində sıx əməkdaşlıq mövcuddur. Məsələn, alman şirkətləri Azərbaycanda neft və qaz yataqlarının işlənməsində iştirak edirlər. Məlum görüşdə alman şirkətlərinin Azərbaycanda alternativ enerji istehsalına cəlb edilməsi də müzakirə olundu. Alman şirkətlərinin Azərbaycanda maşınqayırma, avtomobil sənayesi, ətraf mühit və enerji texnologiyaları sahələrində də yaxşı biznes imkanları var. Bundan əvvəlki illərdə keçirilən Almaniya-Azərbaycan İqtisadi Forumlarında hər iki ölkə münasibətləri dərinləşdirmək və əməkdaşlıq üçün yeni imkanlar açmaq niyyətlərini açıq şəkildə ifadə edib və bunu əməli olaraq sübut ediblər. Azərbaycan hökuməti maraqlıdır ki, daha çox alman investorları ölkəyə cəlb etsin. Elə Prezident İlham Əliyev də Olaf Şolts ilə görüşündə bu məsələyə diqqət çəkdi".

S.Vəliyeva bildirib ki, bununla belə, Almaniya və Azərbaycan şirkətləri arasında əməkdaşlıqda bəzi çətinliklər də var. İxtisaslı mütəxəssislərin olmaması və bürokratiyanın bir çox şirkətlər üçün maneə olduğunu vurğulayan ekspert Azərbaycan hökumətinin bu istiqamətdə öz üzərinə düşən işləri tez bir zamanda yerinə yetirəcəyindən əmin olduğunu ifadə edib.

Biznes Biznes
AZAL Naxçıvana reyslərin təxirə salınması ilə bağlı sərnişinlərə müraciət edib - YENİLƏNİB

AZAL Naxçıvana reyslərin təxirə salınması ilə bağlı sərnişinlərə müraciət edib - YENİLƏNİB

Biznes Biznes
“Bakı Ayaqqabı Fabriki”ni özəlləşdirən şirkətin adı məlum olub

“Bakı Ayaqqabı Fabriki”ni özəlləşdirən şirkətin adı məlum olub

Biznes Biznes
Azərbaycanla Pakistanın ticarət dövriyyəsi 2 dəfədən çox arta bilər

Azərbaycanla Pakistanın ticarət dövriyyəsi 2 dəfədən çox arta bilər

Biznes Biznes
Antiinhisar Xidməti TƏBİB-in müəssisələrində monitorinqlər aparılıb

Antiinhisar Xidməti TƏBİB-in müəssisələrində monitorinqlər aparılıb

Biznes Biznes
Azərbaycanda obyektlərin icarəyə verilməsi üzrə növbəti müsabiqə keçiriləcək

Azərbaycanda obyektlərin icarəyə verilməsi üzrə növbəti müsabiqə keçiriləcək

Biznes Biznes
Şahin Bağırov Bəhreyndə bir sıra ölkələrlə ikitərəfli əməkdaşlığı müzakirə edib

Şahin Bağırov Bəhreyndə bir sıra ölkələrlə ikitərəfli əməkdaşlığı müzakirə edib

Biznes Biznes
"China Energy Engineering Group" Azərbaycanda investisiya layihələrində iştiraka dəvət olunub

"China Energy Engineering Group" Azərbaycanda investisiya layihələrində iştiraka dəvət olunub

Biznes Biznes
Azərbaycanda dayanıqlı kənd təsərrüfatı forumunun keçirilməsi təklif edilir

Azərbaycanda dayanıqlı kənd təsərrüfatı forumunun keçirilməsi təklif edilir

Biznes Biznes
Qazaxıstan rəsmisi: "Azərbaycanla ticari əməkdaşlığın inkişafında maraqlıyıq”

Qazaxıstan rəsmisi: "Azərbaycanla ticari əməkdaşlığın inkişafında maraqlıyıq”

Biznes Biznes
USAID rəsmisi: "Azərbaycanda kiçik qadın sahibkarların maliyyə problemi var"

USAID rəsmisi: "Azərbaycanda kiçik qadın sahibkarların maliyyə problemi var"

Biznes Biznes
Şahin Bağırov Neftçalada vətəndaşları qəbul edəcək

Şahin Bağırov Neftçalada vətəndaşları qəbul edəcək

Biznes Biznes
Qlobal bazarlarda dollar çatışmazlığı yaranıb, maliyyə böhranı güclənir

Qlobal bazarlarda dollar çatışmazlığı yaranıb, maliyyə böhranı güclənir