Xətai rayonunda 21 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb  

Xətai rayonunda 21 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb  

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Birxeber.Az"un məlumatına görə, 2003-cü il təvəllüdlü Əliyev Əkbər Mirzə oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Hadisə zamanı Ə.Əliyev xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.