Tacikistan və Özbəkistan arasında ümumi sərhədin demarkasiyası müzakirə olunub

Tacikistan və Özbəkistan arasında ümumi sərhədin demarkasiyası müzakirə olunub

Tacikistan-Özbəkistan Birgə Demarkasiya Komissiyası qrupları ümumi dövlət sərhədinin demarkasiyası prosesinə həsr olunmuş iclas keçirib.

Birxeber.Az xəbər verir ki, Düşənbədə keçirilən görüşlə bağlı Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər sərhədin demarkasiya xətti ilə bağlı bir-birlərinin razılaşdırdıqları təkliflər layihəsini hazırlayıblar.

İclasın sonunda nümayəndələr müvafiq protokolu imzalayıblar.