DİM buraxılış imtahanlarında test suallarının yanlış olması ilə bağlı iddialara münasibət bildirib

DİM buraxılış imtahanlarında test suallarının yanlış olması ilə bağlı iddialara münasibət bildirib

Dövlət İmtahan Mərkəzi martın 5 və 12-də keçirilən buraxılış imtahanlarında test suallarının yanlış olması ilə bağlı iddialara münasibət bildirib.

Qurumdan "Birxeber.Az"a verilən məlumata görə, son günlər 5 və 12 mart tarixlərində keçirilən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarından sonra sosial şəbəkələr və ictimaiyyət arasında müəyyən müzakirələr aparılır.

Bildirilib ki, buraxılış imtahanları iştirakçıların əhatə dairəsinə görə ən kütləvi imtahanlar hesab olunur, həmçinin imtahanların nəticələri orta məktəbdə təhsil alan şagirdlərin yekun attestasiyası, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı nəzərə alınır.

"Bu baxımdan imtahanlara marağın yüksək olması və müzakirələrin aparılması başadüşüləndir və Dövlət İmtahan Mərkəzi tərəfindən anlayışla qarşılanır. Lakin müəyyən məqamları bir daha imtahan iştirakçılarının diqqətinə çatdırmaq istəyirik. Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına daxil olan fənlərin proqramı 5-11-ci siniflərdə tədris olunan mövzuları əhatə edir. 11-ci sinifdə fevral ayından sonra keçirilən mövzular imtahanda istifadə olunmur. Buraxılış imtahanlarında istifadə edilən bütün test tapşırıqları ümumtəhsil müəssisələrində qüvvədə olun dərsliklər əsasında hazırlanır və müvafiq fənlər üzrə təhsil proqramı - kurikulumun təlim nəticələrinə uyğun bilik və bacarıqları yoxlamağa xidmət edir", - DİM-dən qeyd olunub.

Bildirilib ki, ölkənin təhsil sistemində 2008-ci ildən etibarən yeni təhsil proqramları (kurikulumları) tətbiq olunur. Təhsilin məzmunu dəyişərək “yaddaş məktəbi"ndən “təfəkkür məktəbi"nə keçilib. Bu isə o deməkdir ki, tədris prosesində məqsəd təkcə biliklərin verilməsi deyil, bacarıqların da formalaşdırılması olmalıdır. Bu əsas götürülərək buraxılış imtahanlarında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə hazırlanmış imtahan modeli tətbiq olunur. Yəni imtahanda qapalı tipli tapşırıqlarla yanaşı, ətraflı yazılı cavab tələb edən tapşırıqlardan da istifadə olunur. Bu tapşırıqlar meyarlar əsasında qiymətləndirilir və bu imtahan iştirakçılarının bilik və bacarıqlarının daha dəqiq müəyyən olunmasına imkan verir. Onu da bildiririk ki, belə tapşırıqlar aşağı siniflərdən başlayaraq dərsliklərdə istifadə olunur.

Yuxarıda qeyd olunanlara uyğun olaraq 11-ci siniflər üçün buraxılış imtahanı artıq beşinci ildir ki, yeni model əsasında keçirilir və bu imtahanlar layihələndirilərkən həm orta məktəblərdə keçirilən monitorinq imtahanlarının, həm də son dörd ildə keçirilən buraxılış imtahanlarının elmi-statistik göstəricilərinə aid təhlillərdən də istifadə edilir. Bu təhlillər isə onu göstərir ki, imtahanla bağlı göstəricilər müxtəlif hazırlıq səviyyəsinə malik şagirdlərdən gözlənilən nəticələrə uyğundur və bu baxımdan illər üzrə göstəricilər bir-birinə çox yaxındır. Müqayisə üçün 2019-2022-ci illərdə keçirilən buraxılış imtahanlarında iştirak edən orta statistik şagirdlərin topladıqları ümumi balları da təqdim etmək istəyirik. Buraxılış imtahanında iştirak edən orta statistik şagird 2019-cu ildə 112.78, 2020-ci ildə 115.82, 2021-ci ildə 115.93, 2022-ci ildə isə 111.72 bal toplayıb.

Bu il keçirilən imtahanlarda istifadə edilən tapşırıqlar da iştirakçıların cavablarının statistik təhlili əsasında bir daha araşdırılacaq və bu təhlil əsasında müvafiq məlumatlar ictimaiyyətə təqdim olunacaq. Bundan əlavə, hamıya məlumdur ki, DİM tərəfindən aparılan təhlillər nəticəsində testlərdə hər hansı uyğunsuzluq aşkar olunarsa, imtahan iştirakçılarının xeyrinə qərar qəbul olunur. Həmçinin yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsi məqsədilə seçilmiş yazı işləri nümunəsi əsasında meyarlar dəqiqləşdirilərək ehtiyac yarandığı təqdirdə onlarda müvafiq düzəlişlər edilir. Nəticələr elan olunduqdan sonra iştirakçıların müraciətlərinə baxılması üçün apellyasiya komissiyası da yaradılır.

Qeyd edək ki, 17 mart 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması, onun statistikası və buraxılış imtahanlarının gedişatına həsr olunmuş mətbuat konfransı keçirəcək.

Elm və təhsil Elm və təhsil
Təhsil Tələbə Krediti Fondu tələbələrə müraciət edib

Təhsil Tələbə Krediti Fondu tələbələrə müraciət edib

Elm və təhsil Elm və təhsil
Bu gündən MİQ-ə elektron sənəd qəbulu başlayır

Bu gündən MİQ-ə elektron sənəd qəbulu başlayır

Elm və təhsil Elm və təhsil
Ötən il etik davranış qaydalarını pozan 161 dövlət qulluqçusu cəzalandırılıb - HESABAT

Ötən il etik davranış qaydalarını pozan 161 dövlət qulluqçusu cəzalandırılıb - HESABAT

Elm və təhsil Elm və təhsil
Tələbələrin köçürülməsi ilə bağlı dəyişikliklər hazırlanır

Tələbələrin köçürülməsi ilə bağlı dəyişikliklər hazırlanır

Elm və təhsil Elm və təhsil
Nazirlik qeydiyyat prosesi başlamamış I siniflərdəki yerlərin dolması məsələsinə münasibət bildirib

Nazirlik qeydiyyat prosesi başlamamış I siniflərdəki yerlərin dolması məsələsinə münasibət bildirib

Elm və təhsil Elm və təhsil
Xocavənddə orta əslərə aid müsəlman qəbiristanlığı aşkarlanıb 

Xocavənddə orta əslərə aid müsəlman qəbiristanlığı aşkarlanıb 

Elm və təhsil Elm və təhsil
MİQ üzrə sənəd qəbulu başa çatıb

MİQ üzrə sənəd qəbulu başa çatıb

Elm və təhsil Elm və təhsil
Azərbaycan Qazaxıstan üçün 10 nəfərlik təhsil təqaüdü ayırır

Azərbaycan Qazaxıstan üçün 10 nəfərlik təhsil təqaüdü ayırır

Elm və təhsil Elm və təhsil
Azərbaycanda dövlət məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması təklif olunur

Azərbaycanda dövlət məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması təklif olunur

Elm və təhsil Elm və təhsil
Qida blokunda nöqsanlara görə 6 məktəb direktoruna töhmət verilib, 168-nə xəbərdarlıq edilib

Qida blokunda nöqsanlara görə 6 məktəb direktoruna töhmət verilib, 168-nə xəbərdarlıq edilib

Elm və təhsil Elm və təhsil
Bu gün rezidenturaya qəbul olmaq istəyən 1 279 namizəd imtahan verəcək

Bu gün rezidenturaya qəbul olmaq istəyən 1 279 namizəd imtahan verəcək

Elm və təhsil Elm və təhsil
“Google Scholar”da ən çox istinad edilən dəqiq elmlər üzrə azərbaycanlı alimlərin adları açıqlanıb - SİYAHI

“Google Scholar”da ən çox istinad edilən dəqiq elmlər üzrə azərbaycanlı alimlərin adları açıqlanıb - SİYAHI