Bayden Si Cinpinlə danışıq aparmaq niyyətindədir

Bayden Si Cinpinlə danışıq aparmaq niyyətindədir

ABŞ Prezidenti Co Bayden və Çin Sədri Si Cinpin yaxın vaxtlarda yeni telefon danışığı aparmaq niyyətindədirlər.

"Birxeber.Az"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

"Biz razılaşdıq ki, Prezident Bayden və Sədr Si arasında tezliklə danışıq aparmaq lazımdır", - o, Xarici Əlaqələr Şurasında çıxışı zamanı deyib.

Sallivan, ABŞ və Çin liderlərinin "nisbətən tezliklə" telefonla danışacağını söyləyib. O qeyd edib ki, Bayden və Si arasında şəxsi ünsiyyətə alternativ ola bilməz.