Rəsmi Kiyev: Rusiyanı vicdanlı və sağlam düşüncə nümayiş etdirməyə çağırırıq - YENİLƏNİB

Rəsmi Kiyev: Rusiyanı vicdanlı və sağlam düşüncə nümayiş etdirməyə çağırırıq - YENİLƏNİB

Rəsmi Kiyev Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Ukrayna Prezidenti Volodimir Zelenskini axtarışa verməsinə münasibət bildirib.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov açıqlama verib. O, Rusiya DİN-i vicdanlı və sağlam düşüncəli olmağa çağırıb.

16:28

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenskini axtarışa verib.

"Report" xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Məlumatda Ukrayna dövlət başçısının Rusiya Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi açıqlanmayıb.