Britaniya İranın PUA sənayesinə yeni sanksiyalar tətbiq edib
Bakıda avtomobil yolu keçən piyadanı vurub
Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Birxeber.Az"un məlumatına görə, "Toyota Prius" markalı avtomobil yolu keçən 1981-ci il təvəllüdlü Əfəndiyev Mehman Yaqub oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.