Venesuela ABŞ-ın sanksiyalarını artıracağı təqdirdə cavab tədbirləri görəcək

Venesuela ABŞ-ın sanksiyalarını artıracağı təqdirdə cavab tədbirləri görəcək

Venesuela rəhbərliyi ABŞ-ın artan sanksiyaları və iqtisadi təcavüzü halında cavab tədbirləri görməyə hazırdır və ölkədən olan miqrantların repatriasiyası üçün “Conviasa” şirkətinin reyslərini ləğv edəcək.

"Report"un məlumatına görə, bu barədə Venesuelanın vitse-prezidenti Delsi Rodriqes "X" (keçmiş tviter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Venesuela ABŞ hökumətinin irəli sürdüyü kobud, əsassız şantajı və ultimatumu tamamilə rədd edir.

Əgər (müxalifətdən-red) ekstremist lakeylərin tələbi ilə Venesuelaya qarşı iqtisadi təcavüzü gücləndirmək üçün yanlış addım atılarsa, ölkəmizin miqrantlarının geri qaytarılması uçuşları dərhal 13 fevraldan etibarən ləğv ediləcək", - Rodriqez vurğulayıb.

O vurğulayıb ki, Venesuelanın neft və qaz sənayesinə qəsdən zərbə vurmaq cəhdinə cavab olaraq, bütün mövcud əməkdaşlıq mexanizmləri nəzərdən keçiriləcək.