Səudiyyə Ərəbistanı ABŞ-la müdafiə sahəsindəki danışıqlarını bərpa edib

Səudiyyə Ərəbistanı ABŞ-la müdafiə sahəsindəki danışıqlarını bərpa edib

Səudiyyə Ərəbistanı Fələstin-İsrail münaqişəsinin gərginləşməsi səbəbindən fasilədən sonra ABŞ ilə müdafiə danışıqlarını davam etdirib.

APAxəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

“Səudiyyə Ərəbistanı daha sıx müdafiə əlaqələri qurmaq üçün ABŞ ilə danışıqları bərpa edib”, - deyə mənbələr bildiriblər.

Yanvarın əvvəlində Səudiyyə Ərəbistanının şimal-qərbindəki Əl-Ula kəndində vəliəhd şahzadə Məhəmməd bin Salmanla amerikalı senatorlar arasında danışıqlar aparılıb. Söhbət Səudiyyə Ərəbistanı ilə İsrail arasında müttəfiqliyin də daxil olacağı müdafiə paktı üzrə müzakirələrin bərpasından gedirdi.