Azərbaycanın vergi siyasətinə və qanunvericiliyinə ediləcək dəyişikliklərin istiqamətləri müzakirə olunub

Azərbaycanın vergi siyasətinə və qanunvericiliyinə ediləcək dəyişikliklərin istiqamətləri müzakirə olunub

Dövlət Vergi Xidmətinin rəhbərliyi “AmCham”ın üzvləri ilə Azərbaycanın vergi siyasətinə və qanunvericiliyinə ediləcək dəyişikliklərin istiqamətləri müzakirə olunub.

"Report" xəbər verir ki, Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) üzvlərinin naharı təşkil edilib. Tədbirə fəxri qonaq kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli də qatılıb.

Tədbiri giriş sözü ilə açan “AmCham Azərbaycan”ın icraçı direktoru Gülnarə Aslanbəyli Palatanın strateji hədəfləri çərçivəsində həyata keçirilən layihələr, həmçinin qarşıda duran plan və tədbirlər barədə danışıb. Qurumun prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu Dövlət Vergi Xidməti (DVX) ilə məhsuldar əməkdaşlığın mövcudluğunu bildirərək, Palatanın Azərbaycanda həm xarici, həm də yerli biznesin maraqlarını dəstəkləmək və inkişaf etdirmək üçün davamlı səylərini diqqətə çatdırıb, bu məqsədlə əhəmiyyətli addımlar atıldığını, DVX ilə məhsuldar dialoqun və əməkdaşlığın vacibliyini vurğulayıb.

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli yüzlərlə xarici və yerli biznesi birləşdirən “AmCham Azərbaycan”la DVX arasındakı əməkdaşlığın səmərəli tərəfdaşlıq prinsiplərinə əsaslandığını qeyd edib. Bildirilib ki, DVX vergi siyasətinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergi ödəyicilərinə yeni xidmətlər göstərilməsinə, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması üçün sahibkarlar və ictimai təşkilatlarla müxtəlif müzakirələrin aparılmasına xüsusi önəm verir. Vurğulayıb ki, işgüzar dairələrlə birgə keçirilən bu kimi tədbirlər dövlət-biznes dialoqu, qarşılıqlı etimadın artırılması və ictimai əməkdaşlığın müzakirəsinə töhfə verir, vergi orqanları ilə biznes strukturları arasında tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində və vergi ödəyicilərinin vergi qanunvericiliyinə daha yaxşı əsaslanmasında müstəsna rol oynayır.

Diqqətə çatdırılıb ki, DVX ölkədə davamlı iqtisadi artımı təmin edəcək əlverişli investisiya mühitinin yaradılması məqsədilə vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində sahibkarlıq subyektləri ilə tərəfdaşlıq əlaqələrinin qurulmasında maraqlıdır. O.Nəzərli müasir vergi siteminin qarşısında duran çağırışlar və bu sahədə aparılan islahatlar, son bir neçə ildə “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımlar, ortamüddətli dövr üçün vergi siyasətinin qarşısında duran əsas hədəflər, vergi qanunvericiliyi və inzibatçılığı sahəsindəki tendensiyalar barədə tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd edilib ki, beynəlxalq vergitutma ilə bağlı dünyada baş verən yeni tendensiyalarla əlaqədar vergi qanunvericiliyində və inzibatçılığında dəyişikliklər həyata keçirilib, ölkədəki qeyri-rezident və rezident şəxslər üçün beynəlxalq vergitutma baxımından ədalətli və əlverişli sistemin yaradılması, avtomatik məlumat mübadiləsinin genişlənməsi, beynəlxalq müqavilələr şəbəkəsinin artırılması, müqavilələrin tətbiqi ilə bağlı proseslərin rəqəmsallaşdırılması istiqamətində yeniliklər tətbiq olunub.

Tədbir zamanı interaktiv sual-cavab sessiyası keçirilib və biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib. Bütün qaldırılmış məsələlər və suallar DVX rəhbərliyi tərəfindən cavablandırılıb.

Tədbir üzv şirkətlərin təqdimatları ilə davam edib. “AmCham”ın Vergi və Gömrük Komitəsinin sədri Nərmin Aslanova komitənin qarşıda duran planları və fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. O, həmçinin, Palatanın DVX ilə əməkdaşlığa və bu əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm əhəmiyyət verdiyini vurğulayıb.

Naharda dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, işgüzar dairələrin və üzv şirkətlərin yüksək vəzifəli şəxsləri də daxil olmaqla, 140-dan çox qonaq iştirak edib.

Maliyyə Maliyyə
Azərbaycanda istehlakçılara ƏDV-nin 65,2 milyon manatı geri qaytarılıb

Azərbaycanda istehlakçılara ƏDV-nin 65,2 milyon manatı geri qaytarılıb

Maliyyə Maliyyə
Hüquqi və fiziki şəxslərin əmlak vergisi üzrə büdcə itkisinin hesablanması metodologiyası eyniləşdirilib

Hüquqi və fiziki şəxslərin əmlak vergisi üzrə büdcə itkisinin hesablanması metodologiyası eyniləşdirilib

Maliyyə Maliyyə
AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"

AMB: "Sığortaçıların avtomobilin icbari sığortasından imtina hüququ yoxdur"

Maliyyə Maliyyə
AMB: "Valyuta rejimini tənzimləyən qaydalar təkmilləşdirilib"

AMB: "Valyuta rejimini tənzimləyən qaydalar təkmilləşdirilib"

Maliyyə Maliyyə
Füzulidəki kredit ittifaqının sədri dəyişib

Füzulidəki kredit ittifaqının sədri dəyişib

Maliyyə Maliyyə
Azərbaycan manatının dövretmə sürəti cüzi artıb

Azərbaycan manatının dövretmə sürəti cüzi artıb

Maliyyə Maliyyə
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (25.03.2023)

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (25.03.2023)

Maliyyə Maliyyə
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (20.02.2023)

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (20.02.2023)

Maliyyə Maliyyə
Bakıda orta aylıq əməkhaqqı açıqlanıb

Bakıda orta aylıq əməkhaqqı açıqlanıb

Maliyyə Maliyyə
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin Müşahidə Şurasının iclası keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin Müşahidə Şurasının iclası keçirilib

Maliyyə Maliyyə
“Kapital Bank”ın “Müştəri Bank” sistemi yenilənərək “Birbank Biznes” oldu

“Kapital Bank”ın “Müştəri Bank” sistemi yenilənərək “Birbank Biznes” oldu

Maliyyə Maliyyə
"TuranBank" 6 aylıq maliyyə nəticələrini elan edib – aktivləri 18 % artıb

"TuranBank" 6 aylıq maliyyə nəticələrini elan edib – aktivləri 18 % artıb