Binəqədidə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Binəqədidə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Bakıda yanğın hadisəsi olub.

Bu barədə birxeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının on üçüncü mərtəbəsində liftin qarşısına yığılan taxta tullantıları 5 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.