ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir

ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amerika Birləşmiş Ştatlarının Stirlinq Fondunun baş icraçı direktoru Edvard Rou ilə görüş keçirib.

ANAMA-dan "Birxeber.Az"a verilən məlumata görə, görüş zamanı Azərbaycanın üzləşdiyi mina probleminin aradan qaldırılmasında beynəlxalq qurumlar tərəfindən göstərilən dəstəyin əhəmiyyəti, o cümlədən bu istiqamətdə xarici donor yardımlarının vacibliyi ətrafında fikir mübadiləsi aparılıb.

E.Rou işğaldan azad edilmiş ərazilərdəki dağıntıların təəssüf hissi yaratdığını, lakin həmin ərazilərdə icra edilən bərpa-quruculuq işlərinin təqdirəlayiq olduğunu bildirib. O, görülən işlərdə humanitar minatəmizləmə fəaliyyətinin böyük əhəmiyyətini, eləcə də Azərbaycanın mina təhlükəsi ilə mübarizə istəqamətində icra etdiyi fəaliyyətə Stirlinq Fondu tərəfindən növbəti maliyyə dəstəyi göstərilməsi niyyətini xüsusi qeyd edib.