ADB-nin icraçı direktoru: "COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir"

ADB-nin icraçı direktoru: "COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir"

Bakıda keçiriləcək COP29 zamanı Asiya İnkişaf Bankı (ADB) ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq üçün çoxsaylı imkanlar olacaq.

"Birxeber.Az"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin 11 ölkə, o cümlədən Azərbaycan üzrə icraçı direktoru Reyçel Tompson Gürcüstanın paytaxtında keçirilən Bankın 57-ci illik toplantısı çərçivəsində bildirib.

“Bu, uzun illər ərzində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı inkişaf etməkdə olan ADB-nin üzv ölkəsinə qayıdır. Hesab edirəm ki, bu, çox vacib görüşdür. Azərbaycan hökuməti iqlimin maliyyələşdirilməsini həqiqətən mühüm prioritet kimi aydın şəkildə müəyyən edib”, - o qeyd edib.

R. Tompson vurğulayıb ki, ADB həmçinin iqlim dəyişikliyi və bununla bağlı iqlim maliyyələşdirməsinə çox sadiqdir: “Düşünürəm ki, səmərəli əməkdaşlıq etmək üçün çox imkanlarımız olacaq və şübhəsiz ki, biz ADB olaraq COP29-un uğurla həyata keçirilməsini təmin etmək üçün Azərbaycan hökuməti ilə birgə işləməyi səbirsizliklə gözləyirik”.