ABŞ HƏMAS-a gizli yardım edən təşkilatın fəaliyyətini vacib sayır

ABŞ HƏMAS-a gizli yardım edən təşkilatın fəaliyyətini vacib sayır

ABŞ Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini (UNRWA) dəstəkləyir.

"Report"un məlumatına görə, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi brifinqdə deyib.

"Biz Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin gördüyü işi çox dəstəkləyirik. Bunun kritik əhəmiyyət kəsb etdiyini düşünürük", - o deyib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar artıq Agentliyə 121 milyon dollar köçürüb, lakin qurumun Fələstinin radikal HƏMAS hərəkatı ilə əlaqəsi ola biləcəyinə dair şübhələrə görə, istintaqa qədər daha 300 milyon dolları dondurub.

Xatırladaq ki, ABŞ, Böyük Britaniya, Almaniya və Kanada da daxil olmaqla bir neçə ölkə 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunda təşkilatın bəzi əməkdaşlarının əli olduğuna dair şübhələr fonunda Agentliyə maliyyə yardımının dayandırıldığını elan edib.