Türkiyədə yol qəzası zamanı üç nəfər ölüb

Türkiyədə yol qəzası zamanı üç nəfər ölüb

Türkiyədə ağır yol qəzası olub.

Birxeber.Az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Hadisə İstanbul-İzmir şosesində qeydə alınıb.

İdarəetmədən çıxan avtomobil qəza törətmiş maşınla ona yardım edən digər üç nəqliyyat vasitəsinə və piyadalara çırpıb.

Hadisədə üç nəfər ölüb, daha üç nəfər yaralanıb.

Yaralılar Bursa Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.