İran Müdafiə Nazirliyi: Kosmosa peyklərin buraxılması üçün yeni raketin hazırlanması tamamlanır

İran Müdafiə Nazirliyi: Kosmosa peyklərin buraxılması üçün yeni raketin hazırlanması tamamlanır

İrandan kosmosa peyklərin buraxılması üçün yeni raketin hazırlanması tamamlanmaq üzrədir.

APA-nın məlumatına görə, bu barədə İran Müdafiə Nazirliyinin kosmik qrupunun rəsmi nümayəndəsi Seyid Əhməd Hüseyni bildirib.

Yeni reaktiv daşıyıcının adı Sarirdir. Bir ton yarım çəkisi olan bu raket 36 min kilometr yüksəklikdə orbitə altı və ya yeddi peyk çıxarmaq gücündədir.

Sarir raketi faydalı yükü orbitə çatdıra bilən ilk İran raketi olacaq.

Raket daşıyıcısının hazırlanmasına 2023-cü ildə başlanılıb.