Sumqayıtda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Sumqayıtda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Birxeber.Az" un yerli bürosunun məlumatına görə, hadisə İsmət Qayıbov küçəsində qeydə alınıb.

“Toyota Prius" və “Volksfagen Passat" markalı avtomobillərin toqquşub, nəticədə "Toyota Prius” yolun kənarındakı səkiyə çırpılıb. Bu zaman arxadan gələn daha bir "Toyota Prius" markalı avtomobil də idaretmədən çıxaraq eynimarkalı avtomobilə çırpılıb.

Qəza nəticəsində 2 nəfər (ad-soyadları dəqiqləşdirilir) xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.