Türkiyə BMT sülhməramlılarının Kipr adasında qalma müddətinin uzadılmasına münasibət bildirib

Türkiyə BMT sülhməramlılarının Kipr adasında qalma müddətinin uzadılmasına münasibət bildirib

Türkiyə Birləşmiş Millətlər Təşkilatı sülhməramlılarının Kipr adasında qalma müddətinin daha bir il uzadılmasına münasibət bildirib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, Türkiyə XİN bununla bağlı bəyanat yayıb.

Qeyd olunub ki, Türkiyə bu məsələdə Şimali Kipr Türk Respublikasının (ŞKTR) mövqeyini dəstəkləyir:

“Birləşmiş Millətlər Təşkilatının müəyyən etdiyi prinsiplərin əksinə olaraq, sülhməramlıların mandatının uzadılması üçün bu dəfə də Kipr Türk tərəfinin razılığı alınmadı. Onların fəaliyyətlərinin ŞKTR səlahiyyətlilərinin xoş niyyəti əsasında davam etdirə bilmələrini bir daha diqqətə çatdırır, bu fəaliyyətlərin davam etdirilməsi üçün hüquqi bazanın yaradılmasının zəruriliyini vurğulayır və bu istiqamətdə ŞKTR tərəfindən atılacaq addımlara tam dəstəyimizi vurğulayırıq”.