AMADA-nın direktoru Lozanna simpoziumunda çıxış edib

AMADA-nın direktoru Lozanna simpoziumunda çıxış edib

İsveçrənin Lozanna şəhərində Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) və Milli Antidopinq Təşkilatları İnstitutunun (İNADO) simpoziumu keçirilir.

"Birxeber.Az" xəbər verir ki, İNADO-ya üzv olan 70-dək ölkədən təxminən 300 nəfər ekspert iştirak etdiyi simpoziuma Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Avropa şurasının gender bərabərliyi üzrə məruzəçisi və Avropa Şurasının gender bərabərliyi üzrə xüsusi komitəsinin (GECA) sədri kimi spiker qismində çıxış etməyə dəvət edilib.

O, müəllifi olduğu “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi üzrə” beynəlxalq layihəsi barədə geniş təqdimatla çıxış edib.

Layihənin icrası ilə bağlı ətraflı məlumat verən Şəfəq Hüseynli bildirib ki, Avropa Şurası və Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) əsasnamələri və fəaliyyətlərini tənzimləyən sənədlər, o cümlədən Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlarda gender prinsipinin hansı səviyyədə nəzərə alındığı ətraflı təhlil edilib.

Layihənin icrasının ikinci mərhələsində isə artıq dünyanın milli antidopinq qurumlarında gender bərabərliyinin təmin olunması səviyyəsini müəyyən etmək üçün sorğulara başlanılıb və antidopinqdə rəhbər şəxslərdən müsahibələrin götürülməsi də baş tutacaq. Layihənin icrasının yekunlarına dair hesabat və tövsiyələr hazırlanaraq Avropa Şurası Nazirlər Komitəsinə təqdim ediləcək.

Antidopinq sahəsində gender bərabərliyi məsələsi Lozanna simpoziumu çərçivəsində panel müzakirələrinin də mövzusu olub. Belə ki, bu məsələyə həsr edilən xüsusi panelə Şəfəq Hüseynli rəhbərlik edib. O, antidopinq sahəsində idarətemə və icra strukturlarında qadınların təmsil olunma səviyyəsi və antidopinq fəaliyyətində gender bərabərliyin nəzərə alınmasını vurğulayaraq panel iştirakçıları ilə müzakirələr aparıb.

Xüsusi paneldə Şəfəq Hüseyni ilə bərabər Ümumdünya Antidopinq Agentliyinin vitse-prezidenti Yang Yang, beynəlxalq antidopinq eksperti, Təmiz İdman Alyansının təsisçisi London Kingston Universitetinin professoru Andrea Petroczi, İdman və İnsan Hüquqları Mərkəzinin Gender və Baş Məsləhətçisi, BMT Qadınlar Təşkilatının sabiq eksperti Thays Prado və İNADO İdarə Heyətinin Sədri Nick Paterson iştirak ediblər.

Fərdi Fərdi
Rauf Məmmədov "Airthings Masters"in I divizionunda növbəti görüşünü keçirəcək

Rauf Məmmədov "Airthings Masters"in I divizionunda növbəti görüşünü keçirəcək

Fərdi Fərdi
Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Fərdi Fərdi
Şəhriyar Məmmədyarov 17 yaşlı şahmatçıya məğlubiyyətin səbəbini açıqlayıb

Şəhriyar Məmmədyarov 17 yaşlı şahmatçıya məğlubiyyətin səbəbini açıqlayıb

Fərdi Fərdi
Dünya çempionatı: Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayır

Fərdi Fərdi
Avropa çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə vəsiqə qazanıb

Avropa çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə vəsiqə qazanıb

Fərdi Fərdi
Rüstəm Orucov: "Karyeramla bağlı yayılan xəbərlər doğru deyil"

Rüstəm Orucov: "Karyeramla bağlı yayılan xəbərlər doğru deyil"

Fərdi Fərdi
Yeniyetmə cüdoçularımız Polşada keçirilən Avropa Kubokunda 6 medal əldə edib

Yeniyetmə cüdoçularımız Polşada keçirilən Avropa Kubokunda 6 medal əldə edib

Fərdi Fərdi
Böyük Dəbilqə: Azərbaycanın 4 cüdoçusu mübarizəyə qoşulur

Böyük Dəbilqə: Azərbaycanın 4 cüdoçusu mübarizəyə qoşulur

Fərdi Fərdi
Zəngilanda Ağalı kəndinin orta məktəbində cüdo bölməsi fəaliyyətə başlayıb

Zəngilanda Ağalı kəndinin orta məktəbində cüdo bölməsi fəaliyyətə başlayıb

Fərdi Fərdi
Daşkənddəki Böyük Dəbilqəyə qatılacaq Azərbaycan cüdoçuları bəlli olub

Daşkənddəki Böyük Dəbilqəyə qatılacaq Azərbaycan cüdoçuları bəlli olub

Fərdi Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının ilk qalibi müəyyənləşib

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının ilk qalibi müəyyənləşib

Fərdi Fərdi
Ermənistanın söz verib icra etmədiyi öhdəliklər - SƏNƏD - FOTO

Ermənistanın söz verib icra etmədiyi öhdəliklər - SƏNƏD - FOTO