Meksikada yol qəzasında onlarla sərnişin ölüb, xəsarət alanlar var - YENİLƏNİB

Meksikada yol qəzasında onlarla sərnişin ölüb, xəsarət alanlar var - YENİLƏNİB

Meksikada yol qəzasında 22 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə N+ telekanalı məlumat yayıb.

Qəza Sinaloa ştatında, Kulyakan-Masatlan avtomobil yolunda baş verib. Sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində avtomobillər yanıb. Yanğın nəticəsində sərnişinlərin çoxu ölüb.

Hadisə zamanı həmçinin daha 20 nəfər yaralanıb.

Magistral yol qəza ilə əlaqədar bağlanıb, hadisə yerinə fövqəladə xidmətlərin əməkdaşları cəlb olunub.

20:32

Meksikanın şimal-qərbində treyler ilə sərnişin avtobusunun toqquşması nəticəsində baş verən yanğında azı 19 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli “Diario de Mexico” qəzeti məlumat yayıb.

Hadisə yerli vaxtla səhər saat 05:00 radələrində Sinaloa ştatının Kulakan və Masatlan şəhərləri arasındakı yolda qeydə alınıb.

Meksika Milli Qvardiyası hadisə yerində işləyor, magistralda nəqliyyatın hərəkəti yavaşladılıb.